adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Iyun 2020 12:57
13236
MƏMLƏKƏT

Səudiyyə Ərəbistanı Həcc ziyarətinin qaydalarını açıqladı

Səudiyyə Ərəbistanı COVID-19 səbəbi ilə bu ilsadəcə ölkə əhalisi üçün baş tutacaq Həcc ziyarətinin qaydalarını açıqlayıb.

Qaydalara əsasən, bu il ziyarətdə iştirak edənlər 10 mindən çox olmayacaq. Ziyarətçilərxroniki xəstəlikləri olmayan, 65 yaşdan aşağı şəxslər olmalıdır.

Ziyarətdən əvvəl bütün insanlar koronavirus testindən keçməli, ziyarət bitəndən sonra isə 14 gün evlərində karantində qalmalıdırlar.

Fövqəladə vəziyyət üçün bir xəstəxana hazır vəziyyətdə olacaq.