adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Iyul 2020 09:33
109173
MÜSAHİBƏ

“Səsləndirdiyim bəzi şeirlərə görə özümdən üzr istəyirəm”- MÜSAHİBƏ

Həmsöhbətimizşair, qiraətçi Anar Adildir.

-Səsini, şeiri duymağını çox adam qeyd edir. Bunabaxmayaraq digərləri qiraətçi kimi sizdən daha populyardı .

-Ümid edirəm ki, qeyd edənlər, təkcə şeirini səsləndirdiyim adamlardeyil. Şeiri duymağa gəldikdə səsimə uyğun gələn mətni, şeiri səsləndirəndədaha da gözəl alınır. Uzun müddət görmədiyin doğmanı görəndə ona necəsarılırsansa, şeirə də sarılıb sətirlərini qucaqlamaq gərək. Qaldı ki, populyarolmaq, mənim popular olmamağım mənə əziyyət vermir. Mən şeir, mətn səsləndirməsiilə son iki-üç ildir məşğulam. Düşünürəm ki, hələ pis getmir. Qarşıda aylar,illər var.

- Bu kimi ideyaları gerçəkləşdirmək üçün nə qədər xərclazım olur. Tutaq ki, bir şeiri yaxşı studiyada səsləndirmək və video-roliklə təqdimetmək üçün.

-İdeya gerçəkləşdirmək, studiyada hansısa səslənən mətnə video-rolikçəkmək elə də xərc aparmaz zənnimcə. Ancaq mənəvi tərəfi doydurmaq üçün, telefondasəsləndirdiyin şeir də kifayət edər. Doğrudur, hər nə qədər də dansaq işimizdəməşhuricahan sevdası var.

-Qiraətdən pul qazana bilirsən?

-Olur. Bərəkətieşq

- Düzünü desək, qiraətlərinə bir qədər məsuliyyətsizsən.Halbuki youtube və digər sosial, media ilə bundan yaxşı qazananlar var. Sənsə bu kimi hallara laqeydsən.

-Bir - iki dəfə cəhd etmişəm yutub səhifəmi genişləndirməyə. Bir - iki baxış olub. Oda özüm olmuşam. İnstaqramda, feyzbukda paylaşıram. Qiraətdən elə də pulqazanan yoxdu Yutubda. Varsa da azdır. Yutub baxış sayına görə az məbləğ ödədiyiölkədi Azərbaycan.

-Hansı meyarlarla şeiri seçib səsləndirirsən.

-Şeiri seçib səsləndirməyim... Hər şairin barmaq sayı ilə sayılacaq, mətniolan şeiri var. Düzdü, şeiri olmayan şairlərimiz də var. Odlar yurdu ölkəsindənəlavə şair yurdu olan yerdə yaşayırıq. Şeiri boylu buxunlu, gödək incə bel, tənqidçilərintərif atəşinə tutub tərifləməsinə, bəyənisi, şərhi çin səddi boyda olmağına görəyox, alındığına görə uzun ömürlü şeir, mətn olmağına inandığım üçün səsləndirirəm.Bəzən üzümün yumşaqlığına görə səslənənən nələrəsə görə fürsət tapıb özümdən dəüzr istəyirəm.

- Saytda birlayihən də var. Səhv etmirəmsə Pərviz Cəbrayıl redaktordu. Düzün de, əsasən öztanış və dostlarının şeirlərini səsləndirməyi tapşırır, ya necə?

-Bəli, reinkarnasiya layihəsi. Pərviz Cəbrayıl sözə xəyanət edən adamdeyil. Belə hal baş verməyib. Baş verə bilməsi də mümkün deyil. Bütün mətni,şeiri olan şair və yazıçıların səslənmələrini layihədə görəcəksiniz. Hissə -hissə baş verir. Ay ərzində iki - üç səslənmə olur.

- Bəziləri deyir ki, mətn yarada bilməyənlərbacarığına uyğun olaraq ya tənqidçi olur, ya da səsi varsa qiraətçi. Səni nə gətirdiqiraətə?

-Söz zatən var. Sözü üzə çıxartmaq. Tənqidini əsaslandıra bilirsə nə gözəl."Bu şeirdə bölgü pozulub, bu şeir də başı açıq qalıb" deməklə tənqidolmaz. Mən qızıma yazdığım şeiri səsləndirmişəm ilk dəfə. Səslənməyə də beləbaşlamışam. Hələ də ciddi işlərə imza atdığımı düşünmürəm. Heç vaxt mətbuatda dərcolunmağıma görə 'ah canım redaktorum' ifadəsini sərgiləməmişəm.

- Sayt ətrafı, içində şair və yazıçı, qiraətçi olubbir-birinin reklamıyla məşğul olan ədəbi qurplaşmalar var. Bəlkə biz də "kruq” yaradaq. Sən mənireklam elə, mən də səni. Onsuz da bu gün bir-birini bəh-bəhlə təqdim edənlərinmahiyyəti budur.

- Dairə varsa ora "girmək" üçün gözləməlisən sağı da, solu da.Ən yaxşısı düz getmək. Bəzən o "kruq"a daxil olmaq istəyənlər bayırdaqalanda dairənin dar olmasın günahlandırır. İnandırım ki, ürəyi gedir ora üçün.Zatən siz də yaxşı bilirsiniz ki, çox adamı aldadıb şair, yazıçı olmağına. İnandıransayt, redaktor və.s var. Heyif deyil bu qədər ağaclara?...

-Yaxın zamanlara hansı planların var?

-Qismət olsa "Hüznlü Demokratiya" kitabımı, dünya özünə gələndən sonra dərc etməyidüşünürəm. Şeirlərimi məcburi kiminsə qulağına yeritməmişəm. Gecə 12 dən sonrayazmamışam. Beyin məhsulunu yetişən kimi dərdinsə sənindi. Düşünüb alınmasınıistəmədiyim planlarım da var. Konkret bir plan yoxdur. Olacağına inanıram. Fərqli və səbrli.

Söhbətləşdi: Emin Piri