Sərt karantin rayonlarından İsmayıllıya istirahətə gələnlər aşkarlandı
Sərt karantin elan edilən rayonlardan İsmayıllıya istirahətə gələnlər barəsində tədbir görülüb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı icazə müddəti başa çatmış və iş üçün icazələri olub, ancaq istirahət məqsədilə rayona gələn şəxslər müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.
Bu istiqamətdə tədbirlər davam etdiriləcək.
Digər Xəbərlər
30 Aprel 2024 12:44
Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı
29 Aprel 2024 15:08Əvvəl ananın, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİLƏR
29 Aprel 2024 14:24