adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Avqust 2019 14:58
18843
MƏMLƏKƏT

Sərraf Balaxan: Bir vaxtların kənd toyları

Kəndimizdə (Biləsuvar rayonu, Aşağı Cürəli kəndi) təqribən10 əvvələ kimi davam edən həyət toylarından bir-iki gün öncə baş verənlərləbağlı qeydlər:

- dəvətnamələri qonşudakı savadlı şagirdləryazar, dəcəllər paylardı;
- qonşulardakı xalçalar, kilimlər, palazlar toyolan həyətə daşınardı;
- qonşulardan mizüstü klyonkalar, stəkanlar,boşqablar, qaşıqlar, çəngəllər toy evinə daşınardı. Toydan sonra qarışıq düşməsindeyə hamısının arxasına evin xanımının adının baş hərfi dırnaq lakı ilə yazılardı. Bizimkilərin hamısına"Ə" (Əsli - anam) yazılardı.
- toyxana tikilib hazır olandan sonra"toyxanaüstü" adlanan mərasim başlayrdı, qonşu qadınlar hərəsi əlində2 metr qırmızı parça gətirib bağlayardılar toyxanaya;
- toyxanaüstünə gələnlər və toyxananın qurulmasındaiştirak edən uşaqlar, cavanlar üçün "ciyəraxşamı" olurdu;
- toy başlayan gün toyxananın aşıqların stoluna tərəfdəolan orta dirəyinə meyvə ağacının üstündə meyvə olan bir budağını qırıbbağlayardılar;
- gəlingətirməyə gedəndə bəyin atası mütləq gəlinmaşınında qabaqda şoferin yanında oturmalı idi;
- maşının qabağını yanına duz, çörək və güzgüqoyulmuş iplə və ya əl-ələ tutmaqla kəsib bəyin atasından pul alardılar;
- bəyin adamları gəlini gətirdikləri evdən mütləqelə də dəyərli olmayan əşya və ya toyuq-cücə oğurlayardılar;
- gəlin həyətə gətiriləndə maşından düşərkən başınakonfet səpərdilər;
- gəlini evə qoyandan sonra bəyin atası yeməkqazanlarının yanına gələrdi, "qazanaçdı" deyə bir iş vardı, yemək bişirənlərəpul verib qazanların ağzın açdırardı;
- birici yemək aşıqlara verilərdi, yeməkləriniyeyib toyxanaya qayıdar və toy başlayardı...
... ta bundan sonrası elə sonraya qalsın.