Sərnişin daşıyan şirkətlərlə bağlanılan müqavilənin şərtləri təsdiq edildi
Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri təsdiq edilib.
Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərar avtomobil nəqliyyatı sahəsində müntəzəm sərnişin daşımalarını həyata keçirən daşıyıcılarla səlahiyyətli qurum arasında bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilələrin vahid qaydada tənzimlənməsini nəzərdə tutur.
Sənəddə müqavilələrin bağlanması, tərəflərin hüquq və vəzifələri, xidmətin göstərilməsi zamanı yerinə yetirilməli olan öhdəliklər, habelə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsas şərtlər müəyyən edilib.
Qərara əsasən, daşıyıcılar sərnişin daşımalarını qanunvericiliyin tələblərinə, marşrut üzrə müəyyən edilmiş hərəkət cədvəlinə və xidmət keyfiyyəti standartlarına uyğun həyata keçirməlidirlər.
Eyni zamanda, müqavilə çərçivəsində daşıyıcının təhlükəsizlik, nəqliyyat vasitələrinin texniki sazlığı, sərnişinlərə göstərilən xidmətin keyfiyyəti və digər öhdəlikləri də öz əksini tapıb.
Sənəddə həmçinin səlahiyyətli qurumun daşıyıcının fəaliyyətinə nəzarət mexanizmləri, müqavilə şərtlərinin pozulması hallarında görüləcək tədbirlər, eləcə də tərəflər arasında yarana biləcək mübahisələrin həlli qaydaları müəyyənləşdirilib. Bununla yanaşı, müqavilənin qüvvəyə minməsi, müddəti və xitam verilməsi ilə bağlı prosedurlar da təsbit olunub.
“Qərarın məqsədi avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının daha səmərəli təşkili, daşıyıcılarla dövlət arasında münasibətlərin hüquqi əsaslarının dəqiqləşdirilməsi, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və bu sahədə vahid müqavilə mexanizminin tətbiq edilməsidir”, - deyə sənəddə vurğulanıb.
Qeyd edək ki, iyunun 25-də imzalanan qərar o tarixdən də qüvvəyə minib.
Digər Xəbərlər
29 Iyun 2026 19:36
Bu sahədə kompleks islahatlar hazırlanır
29 Iyun 2026 19:32
Daha 7 tətbiq ilin sonunadək istifadəyə veriləcək
29 Iyun 2026 18:22
Penitensiar xidmətə qulluğa qəbul qaydalarında dəyişiklik edilib - QƏRAR
29 Iyun 2026 17:43
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
29 Iyun 2026 15:55
Əli qabarlı tələbə: yeni nəsil Qarabağda bərkimək istəyir?
29 Iyun 2026 15:16
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi bu statusa malik olacaq
29 Iyun 2026 15:09
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
29 Iyun 2026 12:51


Bakı -°C

