adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Dekabr 2017 16:56
13906
MƏMLƏKƏT

SƏRNİŞİNLƏR SOYUQDAN DONURLAR

Bu yazının sərlövhəsinitəsadüfən seçmədik. Çünki biz başlıqda "Sərnişinlər soyuqdan üşüyürlər"də yaza bilərdik. Yadımıza "Uşaqlığınson gecəsi" filmindəki bir epizod düşür. Orda Davud (istedadlı aktyor Məmmədsadıq Nuriyev)cavan oğlana deyir ki, götür yuxarı təşkilatlara belə bir məzmunda mənimadımdan bir məktub yaz. Yaz ki, mənim uşaqlarım pilləkəndən yıxılıb ölürlər. Məktubyazan oğlan da qayıdıb deyir ki, Davud əmi, axı o uşaqlar heç sənin yanındayaşamırlar. Davudsa dillənir ki, noolsun yaşamırlar? Bəs onlara hər ay alimentimən verirəm də. Məktub yazan oğlan yenə təkrarən qayıdıb deyir ki, Davud əmi, bəlkə"ölürlər" yerinə "yıxılırlar" yazaq. Davud kişi də deyirki, yox, "ölürlər" yazsan yaxşıdır. Çünki onda yuxarıdan gəlib bu pilləkənləri düzəldəcəklər.Əgər yıxılırlar yazsan, heç kəs gəlib bizə kömək göstərməyəcək. İndi biz dəDavud kişinin sözünə qüvvət, "soyuqdan sərnişinlər donurlar"yazırıq ki, əlaqədar qurumlar hərəkətə gəlsinlərvə bu qış günlərində camaatı çətin vəziyyətdən xilas eləsinlər.

Bizim ən çoxistifadə etdiyimiz marşrut 50 və 36 saylı avtobuslardı. Həmin avtobuslardan hərgün minlərlə insan istifadə edərək işə gedir və işdən evə qayıdırlar. Qışda da,yayda da bu avtobusa minənlərin qara günləri başlayır. Qışda camaat soyuqdandonur, yayda da istidən boğulur. Ancaq bunlar heç biri həmin marşrutunsahibkarının vecinə deyil. Çünki dəfələrlə bu məsələyə toxunmuşuq, həminavtobuslardakı istilik sisteminin işləməməsini yada salmışıq, ancaq bu günə qədər o marşrutlardakı avtobusların əksəriyyətininistilik sistemləri işləmir.

Dəfələrlə sərnişinlərvə eləcə də bizim özümüz metronun "Neftçilər" stansiyasınınyaxınlığındakı dayanacaqdan xəttə çıxan avtobusların dispetçeri Tahir müəllimləsöhbət eləmişik. Bu söhbətimiz çox uzaq deyil, noyabr ayının axırlarında olub.O da bildirib ki, heç darıxmayın, tezliklə bütün avtobuslarda istilik sistemləriişləyəcək. Təəssüflə qeyd etməliyik ki, Bakıda havaların soyuq keçdiyi günlərdə50 nömrəli marşrutda hərəkət edən avtobusların əksəriyyətində istilik sistemləriişləməyib. İşləyənlərdə də elə işləyir ki, heç sürücünün özünü isitmir. O kiqala avtobusun salonunda olan sərnişinlərin isinməsinə.

Əlli nömrəlimarşrutun istilik sistemi işləməyən avtobuslardan birinin sürücüsü ilə söhbətelədik. Dedik ki, qardaş, hava da soyuqdu. Bax, sənin idarə etdiyin avtobusdaoturmaq mümkün deyil. Hələ bir azdan havalardaha da soyuyacaq. Yəni bu avtobusun istilik sistemini düzəltmək belə çətindi?Sürücü çiyinlərini çəkdi və yazıq bir görkəm alıb dedi ki, düzəltmək olar, niyəolmur? Ancaq gərək bu istilik sisteminin işə düşməsi üçün 50 manat xərc çəkəsən.Bax, bu 50 manatı da sahibkar heç vaxt asanlıqla vermək istəmir və deyir ki,avtobusu siz sürürsünüz, siz də zəhmət çəkib düzəltdirin. Biz köpək uşağı da nə az, nə çox sutkanın16-17 saatını sükan arxasında əyləşirik.Gərək, bu müddətdə həm planı verək, həm də evə çörəkpulu aparaq. Allaha and olsun, bəzən eləolur ki, planı verəndən sonra evə 10 manat da pul apara bilmirəm. Elə bilirsiniz ki, biz avtobusda kef eləyirik? Yarım saat busoyuqda mənzilbaşına getməyə dözmürsünüz. Ancaq biz 16-17 saat soyuq maşında əyləşibonu idarə eləməliyik. Bəzən soyuq vurur, xəstələnib yorğan-döşəyə düşürük.Bilirsiniz dərmanlar necə bahadır? Yəni sağalmaq üçün dərmana bir ətək pul verməliyik.

Sözündüzü, sürücünü dinləyəndən sonra onun vəziyyətinə ürəyimiz ağrıdı. Və heçatvobusda istilik sisteminin işləməməsinə görə, onları qınamadıq da. Çünki ən azından bu avtobuslar hansısaMMC-yə məxsusdu və həmin MMC-lər də avtobuslardakı texniki qüsurları aradanqaldırmalı, onu mövsümə uyğun tam hazır vəziyyətə gətirməlidir. Təəssüf ki, 50və 36 nömrəli marşrutların məxsus olduğu MMC-nin rəhbərliyi bu məsələni bu günəkimi həll etməyib.

Onu da qeyd edəkki, 50 və 36 nömrəli marşrutlar bir çox texniki tələblərə cavab vermir. Yəni bumarşrutlarda işləyən əksər avtobuslar istismar müddətini başa çatdırıb. Üstəlikdə həmin avtobuslarda həmişə bir səliqəsizlik və anti-sanitariya hökm sürür.Belə ki, avtobuslar vaxtlı-vaxtında dezinfeksiya olunmur və təmizlənmir.Bununla yanaşı, 36 nömrəli marşrutda birneçə avtobusun oturacaqları cırıq-cırıq olub və pis vəziyyətdədir. Oturacaqlaro qədər çirklidir ki, sərnişinlər çıxılmaz vəziyyətdə qalıb avtobusa minirlər.Hansı ki, bu oturacaqlar da təmizlənməlidir.

Hələ bu azmışkimi, 50 və 36 nömrəli marşrutlarda işləyən avtobusların sürücüləri nəqliyyatvasitəsini dayanacaqlarda deyil, harda gəldi saxlayırlar. Daha doğrusu, sərnişingörəndə saxlayır, amma kimsə düşmək istəyəndə, sürücü deyir ki, qardaş,dayanacaqda saxlayacam, düşərsən. Bax, onda da sərnişinlər sürücülərlə davayaqalxırlar. Görəsən, Bakı Nəqliyyat Agentliyi, eləcə də Bakı Şəhər Dövlət YolPolisi İdarəsi bir dəfə də olsun qanunu pozub harda gəldi avtobusu saxlayan busürücüləri cərimə edibmi? Bax, onu dəqiq deyə bilmərik. Amma gərək sürücülərqanuna əməl etsinlər ki, sərnişinlərin əsəbləri ilə oynamasınlar.

Bir azdanhavalar daha da soyuyacaq. Biz bu iradlarla bağlı bir daha 50 nömrəli marşrutundispetçeri Tahir müəllimlə görüşdük. Mövcud nöqsanları və avtobuslarda istiliksistemlərinin işləməməsini onun nəzərinə çatdırdıq. Tahir müəllim isə dedi ki,hər şeyi bilirik. Artıq bir çox avtobuslarda istilik sistemləri işə düşüb.Qalanlarında isə yaxın zamanlarda istilik sistemləri işləyəcək. Ona görə heç dəsərnişinlər narahat olmasınlar.

Amma Tahir müəllim,sərnişinlər, o cümlədən biz çox narahatıq. Çünki dəfələrlə bizə söz vermisiniz,hələ də adını çəkdiyimiz marşrutdaistilik sistemləri tam fəaliyyət göstərmir.Belə olan təqdirdə isə soyuq havalarda sərnişinlərin xəstələnmə ehtimalıdaha da artır. Çox istərdik ki, Bakı Nəqliyyat Agentliyi məsələyə müdaxilə edəydivə mövcud problemin həllinə nail olaydı. Əgər doğurdan da 50 və 36 nömrəli marşrutu idarə edən MMC rəhbəri yüksəksəviyyədə sərnişinlərə xidmət edə bilmirsə, onda bu marşrut onların əlindənalınıb digər sahibkara verilsin. Bəlkə məsələnin bu cür həlli sərnişinlərinmövcud problemini aradan qaldıra bilər.

Faiq QİSMƏTOĞLU