adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Iyun 2017 16:49
6453
MƏMLƏKƏT

SƏRNİŞİNDAŞIMA QAYDALARINI POZAN SÜRÜCÜLƏR MƏSULİYYƏTƏ CƏLB EDİLİRLƏR

Heç kimə sirr deyilki, bu gün respublikamızda sərnişindaşıma işləri ilə məşğul olan çoxlu sayda avtobusvə mikroavtobus sürücüləri vardır. Onlar birmənalı olaraq sərnişindaşınması iləməşğuldular. Təbii ki, sərnişinlərin daşınması da mövcud qaydalar əsasında həyatakeçirilməli və onların təhlükəsizliyi tamamilə qorunmalıdır. Aydındır ki, bir çoxsürücülər maddi maraqları naminə bu qaydaları tez-tez pozur, standarta və texnikitələblərə cavab verməyən nəqliyyat vasitələrindən istifadə edir, bununla yanaşı,mövcud qanunları pozmaqda israrlıdılar.

Artıq yay mövsumugəlişi ilə əlaqədar olaraq respublikanın avtomobil yollarında sərnişindaşınmada yaranmış mövcud nöqsanları aradanqaldırmaq üçün Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən davamlı tədbirlərhəyata keçirilir. Demək olar ki, bütün tağımlarda şənbə-bazar günləri reydlərinkeçirilməsinə start verilib. Bu mənada hər bir tağımın əməkdaşı yol hərəkəti qaydasınaəməl etməyən və sərnişindaşıma qaydalarını pozan sürücülərə qarşı sərt tədbirlərgörürlər.

Bu cür reydlər YolPatrul Xidməti Alayının1-ci tağımının xidmət apardığı Bakı-Quba avtomobil yolundada şənbə-bazar günləri davam etdirilir. Eyni zamanda Bakı-Sumqayıt istiqamətindəsərnişin daşıyan müxtəlif markalı avtobuslar və mikroavtobuslar tağım əməkdaşlarınındaim diqqət mərkəzindədir.

Əlbəttə, elə nəqliyyatvasitələri var ki, onu idarə edən sürücülər yol hərəkəti qaydalarına əməl edirlər.Ancaq gəlin onunla razılaşaq ki, sərnişin daşıyan və onların təhlükəsizliyini qorumayansürücülər də az deyildi. Məhz bu cür sürücülərə qarşı birmənalı olaraq 1-ci tağımınəməkdaşları çox sərt mövqe tuturlar.

Reyd zamanı 1-citağımın inspektoru, polis baş serjantı Adil İsmayılov sərnişindaşıma qaydasını pozansürücüyə stasionar postda «saxla!» işarəsi verdi. Sürücü nəqliyyat vasitəsini yolunkənarına çıxararaq dayandırdı. Yoxlama zamanı məlum oldu ki, avtobusun sürücüsüəlavə oturacaq quraşdırıb və normadan artıq sərnişin daşıyır. Bu isə sərnişinlərintəhlükəsizliyi baxımından çox ciddi bir qanun pozuntusudur və eyni zamanda onlarınhəyatına böyük təhlükə yaradır. Təbii ki, sərnişindaşıma qaydasını pozan sürücübarəsində polis baş serjantı Adil İsmayılov elektron protokol tərtib etdi.

Polis baş serjantıƏli Rzayev də etibarnaməsiz nəqliyyat vasitəsini idarə edən sürücünü saxladı. Məlumoldu ki, həmin sürücü də avtomobili etibarnamə olmadan idarə edir. Avtomobil sürücününəlindən alınaraq müvəqqəti duracağa qoyuldu və onun barəsində elektron protokoltərtib edildi.

Polis baş serjantlarıEmil Əsədov və Anar Hümbətov da yol hərəkəti qaydasını pozan və qəza şəraiti yaradan2 sürücü barəsində qanunamüvafiq tədbir gördü. Yol hərəkəti qaydasını pozan sürücüstasionar postun yanından dönüb Bakı istiqamətinəhərəkət edərkən qəza şəraiti yaratmışdı. Belə ki, sürücü Quba istiqamətindən gələnnəqliyyat vasitəsinə yol verməmişdir və bununla da qanun pozuntusuna şərait yaratmışdı.

Bir neçə həftədirki, stasionar postda nəqliyyat vasitələrinin atmosferin çirkələndirilməsinin qarşısınıalmaq üçün texniki qurğu da quraşdırılıb. Həmin texniki qurğuda müayinədən keçənbir neçə nəqliyyat vasitəsində atmosferə normadan artıq zəhərli qazın atılması faktıaşkarlandı. Bu barədə də polis baş serjantı Adil İsmayılov məlumat verərək bildirdiki, indicə saxladığım və barəsində tədbir gördüyüm nəqliyyat vasitəsindən atmosferənormadan artıq zəhərli qaz atılırdı. Adil İsmayılov onu da bildirdi ki, nəqliyyatvasitələri arasında ən çox atmosferə zəhərli qazların atılması Sovet və Rusiya istehsalıolan avtomobillərlə əlaqədardır. Gün ərzində 2-3 belə nəqliyyat vasitəsində atmosferənormadan artıq zəhərli qazın atılması faktları üzə çıxır.

Tağım əməkdaşlarındanbiri isə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən sürücü barəsində ölçü götürdü. Aydınlaşdı ki, xarici avtomobiliidarə edən sürücü spirtli içki qəbul edibmiş. Həkim rəyi əsasında tam aydınlaşıbki, həmin sürücü orta dərəcəli sərxoş imiş.

1-ci tağımın əməkdaşlarındanTusi Bayramzadə, Emin Əsədov, Adil İsmaylov, Əli Rzayev, Anar Hümbətov, Elxan Həsənov,Elçin Mütəllimov, İbrahim Hacıbalayev, Əkbər Mahmudov keçirilən reydlər zamanı çoxfəal mövqe tutur və qanunu pozan sürücülər barəsində lazımi tədbirlər görürlər.

Birinci tağımın komandiri,polis mayoru Ürfət Şükürov bizimlə söhbətində bildirdi ki, son vaxtlar əməkdaşlarımızkobud qayda pozuntularına qarşı mübarizəni daha da gücləndiriblər. Havaların get-gedəistiləşməsi ilə əlaqədar olaraq xidməti bir qədər də qüvvətləndirmişik. Çünki xidmətapardığımız Bakı-Quba avtomobil yolunun elə istiqamətləri var ki, həmin yerlərdəfəaliyyətimiz gücləndirilməlidir. Xüsusən Ceyranbatan və Sümqayıt şəhəri istiqamətindəyol patrul xidməti əməkdaşlarımız sütkanın 24 saatı ərzində daha diqqətli olurlar.Xırdalanda yeni yerüstü keçidin istifadəyə verilməsi piyadaların təhlükəsizliyiniəsaslı surtədə təmin edib. Əvvəllər həmin yerdə piyadaların vurulması halları tez-tezbaş verirdi. Təbii ki, bu cür təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi həmpiyadavurma hallarının qarşısını alır, həm də yol-nəqliyyat hadisələrinin aşağıenməsinə koməklik göstərir. Bir faktı da qeyd edim ki, həyata keçirilmiş proflaktiktədbirlər nəticəsində son vaxtlar ağır qəzaların sayı əvvəlki vaxtlarla müqayisədəazalıb, ölüm və yaralanma faktları aşağı enib.

Yaz və yay mövsümüilə əlaqədar olaraq Bakı-Quba avtomobil yolunda istirahət zonalarına gedənlərinsayı daha da çoxalır. Deməli, hərəktin intensivliyi həm yol polisindən, həm də sürücülərdənyüksək məsuliyyət tələb edir. Yəni yol polisi hərəkətin təhlükəsizliyini təimn etdiyikimi, sürücülər də yol hərəkti qaydalarınaəməl etməlidilər. Bu isə o deməkdir ki, hər hansı sürücü ailəsi, sərnişini ilə mənzilbaşınasağ-salamat çatar və geriyə də sağ-salamat dönər.

Reyddə iştirak edirdilər:Ürfət ŞÜKÜROV – Yol Patrul Xidməti Alayının 1-ci tağımının komandiri, polis mayoru;Rasim Əliyev – 1-ci tağımın baş inspektoru, polis leytenantı; Sakin Vəliyev –1-ci tağımın baş inspektoru, polis leytenantı; Adil İSMAYILOV – 1-ci tağımın inspektoru,polis baş serjantı; Emin Əsədov- 1-ci tağımın inspektoru, polis baş serjantı; İslamCƏFƏROV – 1-ci tağımın inspektoru, polis baş serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»inəməkdaşı