adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Iyul 2018 10:16
4294
MƏMLƏKƏT

Sərnişin qatarlarının hərəkətində problem yaranıb

İyulun 4-də Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakıdan bölgələrə gedən və bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Adalet.az-a verilən məlumata görə, Astara-Horadiz-Bakı sərnişin qatarı vaxtında, Böyük Kəsik-Bakı sərnişin qatarı bir saat yarım gecikmə ilə artıq Bakı-sərnişin stansiyasına çatıb. Digər sərnişin qatarları gecikmələrlə Bakıya gəlməkdədir.