adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Yanvar 2022 14:09
1110
SİYASƏT

Separatçı David Babayanın açıqlaması: ”Azərbaycanın “dqr”ə hücumu Rusiya SM-na hücum deməkdi”

“Azərbaycanın Dağlıq Qarabağa növbəti təcavüzü Rusiyanın sülhməramlılarına hücumuna bərabər olacaq”.

Adalet.az Sputnik.armenia-ya istinadən xəbər verir ki, bu sözləri qondarma “dqr”in xarici işlər naziri David Babayan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, indiki mərhələdə Dağlıq Qarabağda yeni müharibənin başlanması ehtimalı çox azdır.

“Təbii ki, Qarabağda və ya Ermənistan sərhədində hərbi əməliyyatların yenidən başlanması aktual məsələ olsa da Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı təcavüzü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına faktiki hücum demək olacaq.Biz Qazaxıstanda baş verən son hadisələri və KTMT-nin ilk reaksiyasını gördük. Ermənistana hücum KTMT-yə, ən azı Rusiyaya, Rusiyanın Qarabağda yerləşən sülhməramlılarına hücum demək olardı. Dağlıq Qarabağa gəlincə, burada Rusiya sülhməramlıları tərəfindən sabitlik və təhlükəsizlik təmin edilir - Babayan bildirib.

 

Qey edək ki, separatçı David Babayan Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ məsələsi ilə bağlı açıqlamalarına münasibət bildirmişdi:”Xüsusilə qeyd etmək istəyirəm ki, erməni əhali Bakıya, Kirovabad, Sumqayıt və s.-ə qayıtmadan azərbaycanlı qaçqınların DQR-dəki keçmiş yaşayış yerlərinə qayıtması mümkün deyil”, – deyə sərsəmləmişdi

P.S. İtdən soruşurlar: Niyə hürürsən?

Deyir: Qorxuduram!

Soruşurlar: Bəs niyə quyruğun əsir?

Deyir: Çünki özüm də qorxuram.

İndi bu separatçıların: Beqlaryanın, Artunyanın, Babayanın, Balasanyanın yeri gəldi-gəlmədi hürməsinin əsas səbəbi Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına güvənərək qarşı tərəfi qorxutmaq cəhdidir. Buna baxmayaraq, dünyanın işini bilmək olmaz, qəflətən Rusiya sülhməramlıları Qarabağı tərk edərsə, düşəcəkləri durum da onları qorxudur. Odur ki, tez-tələsik nələrəsə nail olmaq arzularını hələ ki, səsləndirməkdə azaddırlar. Bir sözlə, çaqqalların meydan sulaması boz qurdlar gələnə qədərdi.

Əntiqə Rəşid