ŞENOL GÜNƏŞİN, YOXSA DE BİAZİNİN KOMANDASI?!
Futbolda sevdiyin komandanın uduzması təbii ki, faciə deyil, amma bu məğlubiyyətin acısını yaşamaq çox ağırdı. Ayın 16-da bu acını 300 milyondan çox insan yaşadı. Ən ağrılısı da o idi ki, biz öz evimizdə məğlub olduq. Yenə deyirəm, bunu faciə saymayaq, futboldu da. Dünya devi Almaniya da uduzdu. Amma oyundan sonra mənim yadıma vaxtilə dostumuz İrfan Sapmazın bir fikri düşdü, xeyli güldüm. Azərbaycan milli komandası Bakıda kiməsə uduzmuşu. Həmin vaxtı da milli komandamızın forması Argentinanın milli komandasının forması kimi idi.
İrfan Sapmaz yazmışdı: «Millilərimiz Argentinanın milli komandasının formasını geymişdi, amma Masallının «Viləş» komandası kimi oynayırdı».
İndi dünən Şenol Günəşin komandası Türkiyə millilərinin formasını geymişdi, amma De Biazinin komandası kimi oynayırdı.