adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Aprel 2019 10:09
21210
MƏMLƏKƏT

SƏNGƏRİ TƏRK ETMƏYƏN İGİD

Əhməd Məmmədov1959-cu ildə Cəbrayıl rayonunun Hacılı kəndində anadan olmuşdu. Yaxın qohumlarıbu gün də fəxrlə yada salırlar ki, Əhməd hələ uşaqlıqdan cürətli, hünərli olub,gözündə heç vaxt qorxaqlıq olmayıb, özü də həmişə özündən yaşca böyüklərlə oturub-durar,elə onlarla da dalaşıb-vuruşarmış. Ürəyi yumşaq, qəlbən kövrək olsa da,savaşanda gözündə zərrəcə də qorxu olmazmış.

Lakinazğınlaşmış ermənilər 1988-ci ildən başladıqları Dağlıq Qarabağiddialarını reallyaşdırmağa çalışaraq, ətrafrayonları - Laçını, Kəlbəcəri, Ağdamı da işğal etdikdə Əhməd daha silahasarılmaqdan başqa bir əlacın olmadığını bilərək, qaniçən düşmənlə döyüşlərəatılmaq barədə ciddi düşünməyə başlamışdı. O, könüllü olaraq cəbhəyə, azğındüşmənlə döyüşlərə yollananda uşaqları hələ kiçik idilər. O vaxtkı şərtlərə görəüç uşaq atası kimi Əhməd cəbhəyə, döyüşə getməyə bilərdi. Ancaq getməyə bilmədi,çünki artıq xeyli müddət idi ki ürəyi ordaydı - Qarabağda, böyüyüb boya-başaçatdığı Cəbrayılda, qəlbinin sevgisi olan müqəddəs Şuşada! Onu hərbikomissarlıq yox, Ana Vətən çağırmışdı.

ƏhmədAna Vətənin harayına biganə qalmadı. Getdi və Ağdamda Güllücə, Gülablı, Papravənddöyüşlərində iştirak edib, igidliklər göstərdi. 1994-cü il aprelin 11-də son nəfəsinədək vuruşduğu ağırdöyüşlərdən birində qəhrəmanlıqla həlak oldu. Sonradan məlum olmuşdu ki, Ağdamuğrunda gedən həmin ağır döyüşdə Əhməd öz yoldaşları ilə birgə son ana qədərvuruşmuşdu. O qanlı savaşdan bir nəfər də döyüşçümüz sağ çıxmamışdı. Cunki heçbiri geriyə çəkilməmiş, bunu Vətən eşqli qeyrətlərinə sığışdırmamış, son damlaqanlarına kimi vuruşmuşdular...Döyüşdostları kimi Əhməd Məmmədov da həmin gün şəhidlik zirvəsinə ucaldı.