adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Dekabr 2017 16:33
151479
RUBRİKA

"Sənətimə birtəhər baxanlar indi məni dəstəkləyirlər"

İstedad.Onun harada və nə zaman gələcəyi bəlli deyil. Ancaq yaradan insan övladını elə yaradıbki, hər kəsin içində bir istedad yatır. Bizə düşən vəzifə isə onu icad edib inkişafetdirməkdir. Zaman isə elə dövr edir ki, bəzən bu istedadı kəşf etmək olmur....

"Ədalət"qəzeti istedadı olub və bu istedadın işığı ilə həyatını işıqlandıran məhkumlarla yeni rubrikaya start verir. Bu rubrikamızdaməhdud çərçivədə, dəmir barmaqlıqlar arasında olan istedadlı məhkumlarla həmsöhbətolacağıq. Rubrikamızın qonağı QadınMəhkum Evinin 9 illik "qonağı" Nuranə Rzayevadır. 1979-cu ildə anadanolan Nuranənin fitri istedadı var. O, muncuq və yaratdığı rəsm əsərləri ilə digərhəmkarlarından fərqlənir. Özünün dediyinə görə, məhbus həyatını bəyənməsə də vaxtınınkeçməsi üçün yaradıcılığa sarılıb. Orta ixtisas təhsilli olan Nuranə modelçi-dərziliktəhsili aldığını bildirib: "Rəssamlıq Akademiyasında təhsilimi davam etdirə bilmədim,yarımçıq qoydum. Bunun da səbəbkarı nişanlım oldu. Onun üzündən məktəbi atdım. Onarkotik aludəçisi idi. Qız toyundan sonra nişanlım gedib Ukraynada tutuldu. Məndə onu çıxarmaq istəyirdim. Elə alındı ki, başıma bu iş gəldi".

- Nə iş gəldi?

- Quldurluq. İşinxırdalığını deyə bilmərəm.

- Neçə il iş almısınız?

- 8 il 6 ay. 6 il2 aydı yatıram.

- Yaradıcılığınızbarəsində danışardınız. Necə oldu bu sahəni seçdiniz?

- Məndə uşaqlıqdanbu istedad var. 5-ci sinifdə oxuyanda bizim sinfə təzə bir qız gəldi. Onun da anası dərzi idi. Mən tez-tez onlara gedirdim. O qadının tikdiyi paltarlarıgörəndən sonra qəti qərara gəldim ki, rəssam yox, modelyer-rəssam olacam. Tutulmamışdan öncə dəbu sahədə çalışırdım. Burdan çıxandan sonra da işimi davam etdirəcəm. Valideynlərimhəmişə bu işdə mənə dəstək olublar və bundan sonra da dəstək olacaqlar.


-Elə üç şəkliniz var sizin?

-Xeyr, çoxdu. Zonda xeyli şəkillərim var. Xalçada da var, üstunda ədliyyənin emblemasınıişləmişəm. Onu da mərcidən, qreçkadan, lobyadan hazırlamışam. Sadəcə olaraq sütunlarüzərindədir. Bir də bayrağı muncuqdan işləmişəm. Ümumiyyətlə mən sənətimi çox sevirəm.Nimçəni muncuqdan hazırlamışdım.

-Kömək edirlər sizə avadanlıqların alınmasında?

-Bəli, çox sağ olsunlar, dəstəkləyirlər.

-Asudə vaxtınızı necə keçirirsiniz?

-Sözün düzü, mənim elə vaxtım olmur istirahət etməyə. İşdən sonra gəlirəm. Bir azmütaliə ilə məşğul oluram, ingilis dili öyrənirəm. Əvvəldən də bilirdim. İndi dahada mükəmməlləşdirirəm. Çox sağ olsunlar, icazə verdilər evdən kitablarımı gətirtdim.Eyni zamanda burdakı kitabxanadan da nə vaxt lazım olsa istifadə edirəm.

- Həbsxana həyatı sizə nəyi öyrətdi?

-Açıq danışa bilərəm? Burda mən ailəmin qədrini başa düşdüm. Mənim iki qardaşım var,atam, anam, onların da öz həyatı var. Mən bu səhv addımımla təkcə özümə ziyan vurmadım,həm də onlara da. Bayaqdan qardaşlarımın 10 kişinin içində hörməti var idisə, indibaşıaşağı olublar. Mən həbsxanadan çıxandan sonra nə xeyrə-şərə, nə qohum-əqrabaevinə gedə biləcəm. Həbsxana həyatından əvvəl mənim bu sənətimə birtəhər baxanlarindi məni dəstəkləyirlər.


-Niyə getmirsən? Heç kim həyatından sığortalanmayıb.

-Mamam nə qədər gizlətsə də, hamı bilir axı mən həbsxana həyatı yaşayıram.

-Burda vəziyyətin necədi?

-Əla. Sadəcə burda bir problemim var, o da səhər 7-də yuxudan durmaq.

-Heçidman etmirsən?

-Əvvəllər edirdim. Bura gələndən sonra etmirəm. Çünki bizim həyatımız idmandı. Vaxtlı-vaxtındayeməyimizi verirlər. Hər şeyimiz var. Çoxları deyir bura çətindi. Burda bilirsiniznə çətindi? Səhər yuxudan durmaq, bir də burdakı insanların xarakterinə uyğunlaşmaq.Təzə gələn vaxt düz 8 ay öyrənə bilmirdim, hər gün ağlayırdım. Hətta nəzarətçi deyirdiki, elə bil səni bağçadan götürüb gətiriblər bura. Amma sonradan öyrəndim. Elə billagerdi bura.

-Buranın qapalı olmasını deyirdim.

-Mən azadlığı sevən insanam. Amma bir insan ki, səhər gedir işə, işdən sonra gəlirevə, o insan üçün çətin olmur. Burda da səhər gedirəm işə, sonra günorta yeməyimiziyeyirik, dincəlirik, sonra yenə işə başlayırıq.


-Gecə yuxudan ayılanda neynirsiniz?

-Mən çox nadir hallarda yuxudan ayılıram gecə.Burda rejimlədi hər şey. Tutulmamışdan öncə mən gecə 4-ə qədər işləyirdim. Səhərdə 10-da yuxudan ayılırdım. Mənim həyat tərzim bu idi.

-Məşhurlardan kiməsə modelyerlik etmisiniz?

-Sözün düzü, adını açıqlamaq istəmirəm, belə biri var idi. İş elə gətirdi ki, mənbura düşdüm və işim alınmadı.

-Aktyorlarla necə, işləmisiniz?

-Teatrda bir rəfiqəm var idi, onların paltarlarını tikmişəm. Rəqs qrupları, xor üçünköynəklər və qalstuklar tikmişəm. Şadlıqsarayları üçün pərdələr hazırlamışam. Öz fərdi yerim var idi və ətrafımda işçilərimdə vardı.

-Gələcək planlarınız barəsində danışardınız...

-Gələcəkdə ancaq bu sahəni davam etdirməkdi fikrim. Mənim xəyallarım, arzularım məniburda yaşadıb. Oturub özüm üçün xəyyallarımda ev proyektləri hazırlayıram.

-Burda rəfiqəlik etdiyiniz insan var?

-Çörək kəsdiyim insan var. Amma inanmıram ki, kimsə burda kiminləsə dostluq etsin.Mənim fikrimcə, bu aləmdə yaxın dost tapmaq mümkün deyil. Bu aləmdə özünə kimisəyaxın buraxmaq düzgün deyil. Çünki mən səhv eləyib bura gəlmişəm. Ona görə də bualəmdən çalışdığım qədər uzaq durmağa çalışıram.

-Məhbəs həyatından sonra məhbus yoldaşlarınızla görüşməyi planlaşdırırsınız?

-Yox, gəlib görüşməyəcəm. Amma bir-iki nəfər var ki, onlara pasılka göndərəcəm. Burdaelə adamlar var ki, heç yanına gələn yoxdur. Və nəzərimdə tutmuşam ki, burda çıxıbgedəndən sonra onlara pasılka göndərim.

-Gözəllik salonunuz varmı?

-Bəli, hər bir şəraitimiz var burda o barədə heç bir problemimiz yoxdur.

-Allah qapınızı açsın...

-Çox sağ olun.


Ədil Ədilzadə