adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Yanvar 2020 17:43
85480
MƏDƏNİYYƏT

Sənət fədailəri və ya Unudulmağa məhkum olanlar

(On ikinci yazı)

(Respublikanın əməkdar artisti Rza Nadirovun əziz xatirəsinə)

Nədəndirsəhər zaman Gəncə Dövlət Dram Teatrının binasına daxil olarkən burada olanabu-hava mənə bir çox sənətkarları xatırladır. Bəlkə də əksəriyyətini həyatda vəsəhnədə gördüyüm üçün onları tez-tez xatırlamalı oluram. Bu gün də belədir.Xatırladığım aktyor hər zaman səhnədə tipik xarakterlər ustası kimi yaddaşlardayaşayır. Obrazlarından asılı olmayaraq və hansı rolda oynamasına baxmayaraq özifaçılıq məharətilə daima diqqət mərkəzində olmağı bacarırdı. O, hər zaman səhnədəxarakterik surətləri güclü formada böyük ustalıqla ifa edirdi. Deyim ki, həm dətəbiətcə də çox ciddi xarakterli bir insan idi. Heç zaman artıq bir kəlmə belədanışmaz, zarafatları xoşlamazdı. Xarakterində olan qürur elə səhnədəobrazlarına da sirayət edirdi. Gəncə Dövlət Dram Teatrının qocaman səhnəustalarından biri, Respublikanın əməkdar artisti Rza Nadirovu tanıyan hər kəs təsdiqedər ki, o öz sənətkar qürurunu ömrünün sonuna kimi qoruyub, saxlaya bildi.Maraqlı cəhət buarsındadır ki, aktyorun səhnədə yaratdığı obraz epizodik olsabelə onu ürəkdən, candan böyük ustalıqla yaradırdı. Onunla səhnədə işləyənrejissorlar belə yaxşı bilirdilər ki, obrazın mahiyyət etibarı ilə xarakterikformada yaradılmasında Rza Nadirovun istedadı kifayət qədərdir. Bununla da məhzRza Nadirov səhnədə milli aktyor sənətimizin klassik ənənələrinə söykənərək,özünün yeni üslubda və baxışda olan sənət məktəbini yaratmağa müvəffəqolmuşdur. Sözsüz ki, aktyor üçün istedad ilkin şərtdir və bunu heç kəs, xüsusənteatr sənətində səriştəli olanlar inkar edə bilməzlər. Ancaq ki, səmimiyyət, səhnəməlahəti, cazibədarlığı, şirinliyi olmayanda istedad da bir az gücsüz görünür vəözünün lazımı yaradıcılıq bəhrəsini tam dolğunluqla göstərə bilmir. Bu baxımdanRza Nadirov səhnədə də xoşbəxt taleli aktyorlarımızdan biri idi. Busadalananlar onun bir tipik xarakterlər ustası olaraq yetişməsində əsas şərtlərdənidi.

RzaAbbas oğlu Nadirov 10 oktyabr 1912-ci ildə Bakıda anadan olub. Orta məktəbin səkkizincisinfinə kimi təhsil alıb. Sonradan gəmi tərsanəsində (tanker və müxtəlif təyinatlıgəmilər istehsal edəcək zavod) çalışıb. Burada eyni zamanda tərsanənin dram dərnəyinəüzv olub. Bir müddət Bakı dəmiryolçular evinin dram kollektivində fəaliyyətgöstərib. 1932-1935-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbindətəhsil alıb. Təhsil aldığı müddətdə müxtəlif mədəniyyət evlərində, az müddətdəisə Akademik Milli Dram Teatrının yardımçı heyətində çalışıb. 1939-cu ildən isətaleyini Gəncə Dövlət Dram Teatrına bağlayıb. 1941-1945-ci illərdə Böyük Vətənmüharibəsində iştirak edib. Müharibədən altı il sonra yəni 01 noyabr 1951-ciildən yenidən Gəncə Dövlət Dram Teatrında fəaliyyətini aktyor olaraq davametdirib.

Hərzaman bir insana xas olan hissin, iradənin və zəkanın məcmuununu xarakteradlandırırıq. Başqa bir sözlə ifadə etsək xarakter insana xas olan hissin, iradəninvə zəkanın toplusudur. Əslində nəticə etibarı ilə xarakter psixolojianlayışdır. Hər bir obraz isə özlüyündə xarakterdir. Elə bu kimi xüsusiyyətləridə estetik planda götürdükdə, obraz estetik anlayışlı olur. Rza Nadirovun Gəncə Dövlət Dram Teatrının səhnəsində yaratdığıobrazlarda məhz estetik anlayışlı olmaqla bəzən də komediya janrında daha şövqləyaradılmasına səbəb olurdu. Rza Nadirovun ifasında hər bir xarakterik obrazdramatik əsərlərdə daha çox qarşılıqlı təsirdə, mübarizədə tamaşaçını həyacanlandıran hadisələrinaxınında böyük şövqlə təqdim edilirdi. Aktyor səhnədə məharətli ifa tərzi iləxarakterik obrazları hərzaman fabula ilə, dramatik hadisə və situasiyalarla ayrılmaz surətdəbağlaya bilirdi. Onun ifasında M.F. Axundzadənin "Hacı Qara”da Kərəməli və Xəlil yüzbaşı, "Lənkəran xanın vəziri”dəSəməd bəy, C. Məmmədquluzadənin "Ölülər”də Hacı Kazım, Ə. B. Haqverdiyevin "Bəxtsizcavan”da Üçüncü kəndli, "Pəri cadu”da İblis, S. S. Axundovun "Tamahkar”da Məhərrəmbəy, H. Cavidin "Səyavuş”da Yalçın, "Şeyx Sənan”da Şeyx Hadi, C. Cabbarlının"Yaşar”da Nüsrət, "Aydın”da Pirqulu, "Almaz”da Baloğlan, "Nəsrəddin şah”da Məmiş,"1905-ci ildə”də Polismeyster, "Solğun çiçəklər”də Molla Möhsün, S. Vurğunun"Vaqif”də Təlxək, "Fərhad və Şirin”də Topal kimi surətləri milli klassiklərimizinəsərlərində böyük ustalıqla ifa etdiyi obrazlar cərəyan edən hadisələrin vəziyyətinəuyğun olaraq xarakterlərin baxışında qəti konfliktlərdə, toqquşmalarda və başqasınaqlarda inkişaf edə bilirdi. Onun yaradıcılığında obrazın fabulası hər an səhnədəxarakterindən asılı olaraq mühüm formada səciyyələnirdi. Aktyorun məharətli səhnəifasında ayrı-ayrı müvəffəqiyyətli xarakterlər ümumi quruluşdan asılı olaraqdigər xarakterik obrazlarla əlaqəsi olmasa belə dramatik fabula bədii gerçəkliklətəqdim edilirdi.



Respublikanın əməkdar artisti Rəhilə Məmmədovabu gün ustad sənətkarı xatırlayarkən deyir: "Mən 1986-cı ildə Gəncə Dövlət DramTeatrına gələrkən burada böyük sənətkarlar məktəbi vardı. Bu sənətkarlaralaçiyin-çiyinə çalışmaq böyük xoşbəxtlik idi. Bu dövrdə Rza Nadirov da bu silsiləsənətkarlarımızdan biri hesab edilirdi. O, həddən ziyadə çox təmkinli və ciddixarakterli insan idi. Deyim ki, ciddi xarakteri elə səhnədə yaratdığıobrazlarına da sirayət edirdi. Mən onunla bir neçə tamaşada tərəfmüqabiliolmuşam. Ancaq onunla bir səhnədə oynadığım quruluşçu rejissor, respublikanın əməkdarincəsənət xadimi Yusif Bağırovun hazırladığı Əlibala Hacızadənin "İtgin gəlin”iki hissəli dramında olan səhnəni heç zaman unuda bilmirəm. O, bu səhnə əsərindəQəryədər Qulam obrazında çıxış edirdi. Mənə isə Cahan obrazı tapşırıldı. Buobraz xalq artisti Rəmziyyə Veysəlovadan sonra mənə həvalə edilmişdi. Çox çətinidi belə bir sənətkardan sonra bu obrazı ifa etmək. Ancaq Rza Nadirov səhnədəbir tərəfmüqabili olaraq mənim bu obrazı oynamağım üçün böyük ustalıqla köməkliyiniəsirgəmədi. Onun səhnədə olan xeyirxahlığını heç zaman unuda bilmərəm”.

Əgər dramaturq süjetin quruluşunda təzahür edilməyənxarakter cizgilərini göstərmək məqsədilə üzvü surərdə inkişaf edən konfliktlərdənkənar xüsusi, ayrıca bir səhnə yaradırdısa o zaman dramın ümumi kompozisiyasınıpozmamaq şərti ilə səhnədə Rza Nadirov bunu dəqiqliklə duyur və tamaşaçıya müxtəlifsəhnə çalarları ilə təqdim edə bilirdi. Bu da aktyorun ustalıqla və səhnətexnikasından irəli gəlməklə böyük sənət məktəbindən xəbər verirdi. Bununla daRza Nadirovun səhnədə yaratdığı hər bir obraz öz xarakterik konfliktini,inkişafını müəyyənləşdirirdi. Onun səhnə məziyyətlərində realizm tipik şəraitlərdətipik xarakterlərin əksi olaraq təqdim edilirdi. Onun ifasında hətta mövcud cəmiyyətdəgeniş yayılan hadisələr deyil, həm də hələlik geniş yayılmayan, amma artıq köksalan xarakterik hadisələr də tipikləşdirilirdi. Səhnədə hər zaman xarakterinaktyor ifasında bədii tipikləşdirilməsi Rza Nadirovun müşahidələri əsasında başverirdi.

ÇağdaşAzərbaycan dramatuqlarının pyeslərinin səhnə təfsirində yaratdığı İ. Əfəndiyevin"Üçatılan”da Hakim, "Atayevlər ailəsi”də Cahangir, İ. Səfərlinin "Göz həkimi”dəFərəc əmi, M. Təhmasibin "Çiçəkli dağ”da Simnar xan, Q. Rəsulovun "ƏlvidaHindistan!”da Böyük Ramo, Ə. Məmmədxanlının "Şərqin səhəri”də Mayor Ed-Braun,B. Vahabzadənin "Vicdan”da Əşrəf, Y. Əzimzadənin "Nəsrəddin”də Əhməd kişi,"Anacan”da İmran, N. Gəncəlinin "Düşmənlər içində”də Zənci Ceyms, "Məhəbbətkörpüsündə”də Kozlov, A. Zeynallının "Nəriman ata”da Əli Bayramov, K.Ağayevanın "Məhsəti Gəncəvi”də Gəncə hökümdarı, İ. Qasımovun və H. Seyidbəylinin"Uzaq sahillərdə”də Tinti, "Böyük ürək”də Muradov, İ. Şıxlının "Dəli Kür”də Həsənəmi, "Odlu çarpazlar”da Polkovnik Ulçenko, N. Həsənzadənin "Atabəylər”də Əcəmisurətləri aktyorun həyat müşahidələrinin böyük ustalıqla yaradılan səhnə bəhrəsiidi.

Mübağiləsizqeyd etmək lazımdır ki, Rza Nadirovun səhnə ifasında tamaşaçıya təqdim olunanxarakterləri onun ayrı-ayrı təzahürləri ilə müəyyənləşərək ifanın böyükustalıqla anlanacaq formada bütöv təqdimini nümayiş etdirirdi. Aktyor bununlada həmdə səhnədə dram qəhrəmanının ayrı-ayrı hərəkətlərini onunxarakteristikasını müəyyənləşdirə bilirdi. Onun hər bir obraza müraciəti vətamaşaçıya təqdimi dramın qəhrəmanı olaraq bizim qarşımızda məqsədli, iradəli cəhdinfasiləsiz axınında dayanırdı. Səhnədə onun obrazlarının ayrı-ayrı replika və hərəkətlətivahid hərəkətin vahid xəttinə qovuşurdu. Bununla da Rza Nadirovun səhnətexnikası dramatik qəhrəmanın xarakterindən asılı olaraq özünün vahid hərəkətiilə məhdudlaşırdı. Bilirik ki, xarakteristika konkret təzahürlərlə təhrif edilməməlidir.Obraz-xarakter özünün dramatik inkişafında bütöv qalmalıdır. Rza Nadirovun səhnəustalığında da vahid hərəkət obrazın və xarakterin əsası olaraq təqdiminəçalışılırdı.

Bugün Rza Nadirov yaradıcılığından söhbət düşərkən sənətşünaslıq üzrə fəlsəfədoktoru, respublikanın əməkdar artisti Xəzər Gəncəli deyir: "Atam Novruz Gəncəlihər zaman Gəncə Dövlət Dram Teatrı ilə sıx əlaqə saxlamaqla pyeslərininhazırlanması üçün müraciətlər edərdi. Yaxşı xatırlayıram ki, atam Novruz Gəncəliöz xatirələrini biz övladlarına söyləyən zaman deyərdi ki, 1951-ci ildə qəlməaldığı "Düşmənlər içində” adlı pyesini ilk dəfə olaraq Gəncə Dövlət DramTeatrına təqim edib. Bu tamaşanın quruluşçu rejissoru Yusif Yulduz, rəssamı isə Süleyman Hacıyevolublar. O zaman Respublikanın əməkdar artisti Rza Nadirov bu pyesdə orjinalbir surət yaratmağa müvəffəq olub. Onun ifasında Zənci Ceyms obrazı maraqlabaxılan surətlərindən biri hesab edilirdi. Daha sonra atam Novruz Gəncəli1970-ci ildə "Məhəbbət körpüsü” adlı pyesini qələmə aldı. Bu pyes də Gəncə DövlətDram Teatrının səhnəsində 1970-ci ildə xalq artisti Vaqif Şərifov tərəfindənböyük ustalıqla səhnəyə qoyulub. Rza Nadirov bu tamaşada Kozlov obrazında çıxışedib. Mən o illərdə Rza Nadirovun böyük istedad sahibi olduğunun şahidi oldum.Aktyor ona tapşırılan hər iki obrazı böyük ustalıqla, məharətlə və rejissortraktofkasından irəli gələrək dəqiq mizanlarla təqdim etməyə müvəffəq olabilirdi”.

Evripidin"Medeya”da Egey, Sofoklun "Antiqona”da Tiresi, U. Şekspirin "III Riçard”daLondonun Lord-meri, "Otello”da Lodoviqo, A. Ostrovskinin "Quduz pullar”da YeqorDmitriç Qlumov, M. Qorkinin "Qoca”da Stepaniç, G. Fiqeyeredonun "Tülkü vəüzüm”də (Ezop) Aqnostos, B. Brextin "Üç qəpiklik opera”da Matiteas, N. Hikmətin"Kəllə”də Pedro, K. Buaçidzenin "Həyətdə qapan it var”da Leo Landiya, İ.Mosaşvilinin "Qərq edilmiş daşlar”da Osman, A. Salınskinin "Təbilçi qız”daKulnyev, R. Həmzətovun "Dağlı qız”da Salman, M. Şatrovun "İnqilabi etüd”dəNümayəndə, M. Kərimin "Odu atma, Prometey!”də Gefest, E. Radzinskinin "Sokratlasöhbətlər”də Korifey surətləri respublikanın əməkdar artisti Rza Nadirovun GəncəDövlət Dram Teatrının səhnəsində dünya klassiklərinin eləcə də əcnəbi müəlliflərinmüxtəlif janrlı pyeslərində yaratdığı bitgin obrazlar silsiləsinin bir qismiolaraq diqqəti cəlb edir.

Aktyorunsəhnə fəaliyyəti hər zaman diqqət mərkəzində saxlanılıb. Belə ki, o, 24 dekabr1981-ci ildə Respublikanın əməkdar artisti fəxri adı ilə təltif olunub. RzaNadirov 15 dekabr 1995-ci ildə Gəncədə vəfat edib və Yeni Səbirskar qəbirstanlığındakıFəxri xiyabanda dəfn olunub.

Bugün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Respublikanın əməkdar artistiRza Nadirovun vəfatından 24 il ötməsinə baxmayaraq onunla bağlı heç bir dövrü mətbuatdayazılar dərc edilmir və xatırlanmır. Hətta xatirəsinin əbədiləşdirilməsiistiqamətində heç bir addım belə atılmayıb. Bu gün Gəncədə nə adına bir küçə, nədə ki, yaşayıb-yaratdığı ünvanında xatirə-baralyef lövhəsi belə yoxdur. Görəsənböyük bir sənət məktəbi keçən və sözün əsl mənasında özünün möhtəşəm sənət məktəbiniyarada bilən bu kimi sənət fəadilərinin unudulmasının və ya unudulmağa məhkumolunmasının əsas səbəbi nədir?

Bəlkədə elə biz, özümüzük!

Anar Bürcəliyev

Teatrşünas