adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Sentyabr 2019 11:58
24149
ƏDƏBİYYAT

Sənət fədailəri və ya unudulmağa məhkum olanlar

(Respublikanın əməkdar artisti Qurban Abbasovun əzizxatirəsinə)

Deyirlər elə insanlar var ki, dünyaya gəlişləriilə birgə istedadları da onlarla bərabər ana bətnindən doğulur. Bu kimiinsanlar elə öz istedadlarının sayəsində zamanının və dövrünün tanınmışsimalarına çevrilə bilirlər. Elə səhnə ustaları var ki, onların sənət yolu birteatrın yaradıcılıq yoludur, səhnəyə gətirdikləri hər bir yenilik bir teatrınyeniliyidir. Yaratdıqları hər bir obraz epizodik olsa belə, tamaşaçınınyaddaşına əbədi həkk olunur, öz xalqının milli sərvətinə, milli teatr tarixininbir səhifəsinə çevrilir və mənəvi güc, idrak aydınlığı ilə həyatın həqiqət səviyyəsinəenməyi bacarırlar.

Əlbəttə ki, qətiyyən unutmaq olmaz ki, hər bir tamaşaçı teatra hərşeydən əvvəl aktyor yaradıcılığına, istedadına, aktyor oyununa baxmağa gəlir. Hərzaman olduğu kimi tamaşaçını ən çox maraqlandıran məhz aktyor oyunudur. Sözsüzki, aktyorun tamaşaçının sevimlisi olması isə əsas şərtlərdəndir. Gəncə DövlətDram Teatrının istedadlı aktyorları sırasında bu gündə adı hər zamanxatırlanan, mərhum respublikanın əməkdar artisti Qurban Abbasov da sevilən sənətkarlarımızdanbiri idi. Sadə dramatik rollarda, tipik-xarakterik personajların ifasında dahaçox uğur qazanan, maraqlı lirik-psixoloji və həmçinin səciyyəli qəhrəman rollarilə yaddaşlarda yaşayan Qurban Abbasov yaratdığı hər bir obrazlarında qəlbininhərarəti, psixoloji istilik və duyumları ilə xatırlanır.

Qurban Məmiş oğlu Abbasov 2 yanvar 1944-cü ildə Göyçə mahalınınQarabağlar kəndində dünyaya gəlib. 1949-cu ildə ailəsi ilə birlikdə Bakıya köçüb.Valideyinlərini vaxtsız itirdiyindən qardaşının himayəsində böyüyüb. 1951-ciildə Keşlə qəsəbəsi S. Vurğun adına orta məktəbə daxil olub və 1958-ci ildəyeddi illik orta təhsilini bitirib. Daha sonra Göycay Kənd Təsərrüfatı Texnikomunadaxil olub. 1962-ci ildə həmin texnikomu bitirib. 1963-1968-ci illərdə MirzağaƏliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğufakültəsində təhsilini davam etdirib. Təyinatla Gəncə Dövlət Dram Teatrına göndərilibvə 1968-1998-ci illərdə yaradıcılığı ancaq bu teatrla bağlı olub.

Aktyorun yaradıcılığına nəzər salarkən bir daha ən kəskin dramatik vəziyyətlərdəçıxışlar edərkən belə ifasında daxili aktyor təmkinini böyük ustalıqla saxlayabilməsinin şahidi olursan. Onun səhnədə hər zaman obrazın psixoloji duyumunda həsasaktyorluq qabiliyyətinin olması ilə yanaşı ifa etdiyi personajın dahaxarakterik cəhətləri və cizgilərini qabarıq bir formada göstərdiyini də görməkmümkün idi. Qurban Abbasov Gəncə Dövlət Dram Teatrında milli klassikdramaturgiyamızın, çağdaş Azərbaycan müəlliflərinin müxtəlif janrlı həmçinin tərcüməəsərlərinin səhnəyə qoyulan tamaşalarında müxtəlif səpgili obrazlar qaleriyasınıyaradıb. Profesor Bağır Bağırov onun yaradıcılığı haqqında yazırdı: "YusifƏzimzadənin 1975-ci ildə Gəncə Dövlət Dram Teatrının səhnəsində hazırlanan "Unutmayın”(quruluşçu rejisor, əməkdar incəsənət xadimi Həsən Ağayev, rəssamı OqtayQoşqarov) pyesində Qurban Abbasovun yaratdığı Əli Dadaşov surəti onun ifasındaöz daxili temperamenti, nitq mədəniyyəti, obrazın xarakterini açmaq üçüntapdığı cizgilər, aktyorluq məharəti ilə seçilirdi. Onun ifasında Əli Dadaşov zənginmənəviyyata malik, doğma yurda, vətənə və xalqa qəlbən bağlı, əsgəri andına sədaqətli,düşmənə qarşı sonsuz nifrət bəsləyən bir gənc olaraq qarşımızda canlanırdı.”

Aktyorun Ə. B. Haqverdiyevin "Bəxtsiz cavan”da Fərhad, İ. İbrahimovun"Anaların divanı”da Yusif İdris, C.Cabbarlının "1905-ci ildə”də Eyvaz, "Aydın”da Surxay, "Yaşar”da Toğrul, "OktayEloğlu”da Aslan bəy, S. Rəhmanın "Xoşbəxtlər”də Sadıq, "Əliqulu evlənir”dəAzad, "Küləklər”də Əlibala, S. Vurğunun "Fərhad və Şirin”də Şiruyə obrazlarımilli klassik dramaturgiyamızın nümunələrində yaratdığı maraqlı obrazlarısilsiləsinə daxildir.

Respublikanın əməkdar artisti Qurban Abbasov hər zaman səhnədəroldan- rola inkişaf edən, bir qədər də narahatlıqla hər bir mizanı və obrazındaxili aləmini dərindən öyrənməyə ciddi səy göstərən bir yaradıcı şəxs olaraqyaddaşlarda yaşayır. Onun ifasında 11 oktyabr 1968-ci ildə xalq artisti Vaqif Şərifovunquruluşunda 4 pərdəli, 9 şəkildən ibarət məşhur tənqidçi-estetik İslamİbrahimovun "Anaların divanı” faciəsində yaratdığı Yusif İdris obrazı maraqlabaxılan surətlərindəndir. Qeyd etmək lazımdır ki, "Anaların divanı” siyasipublisistika janrında yazılıb. Rəmzi ad daşıyan obrazlar müasir dövrünictimai-siyasi mürəkkəbliklərini insana məhəbbət və sayğı prizmasından təcəsümetdirirdi. Həmçinin quruluşçu rejisor, xalq artisti Vaqif Şərifovun maraqlıtraktofkası müasir dinc həyatın qorunması, sülhün bərqərar olunması kimiideyanı öz tamaşaçılarına təlqin edirdi. Pyesdə ərəb oğlu Yusif İdris – Qurban Abbasov böyük ideallarlayaşayaraq təhsil almaq istəyir. Aktyor gənc vətənpərvərin surətini məharətləyaratmaqla obrazı tamaşaçıya sevdirmək üçün yeni boyalar axtarmaqla hərəkət vədavranışını ətrafdakılara münasibəti ilə fəal mövqeyini təqdim edə bilirdi. ProfesorBağır Bağırov yazırdı: "Teatrın gələcəyi naminə layiqli aktyor nəsli yetişdirməkyaradıcı kollektivin qarşısında bir problem kimi durur və hazırda dadurmaqdadır. Fərəhli haldır ki, teatr özünü sənətə bağlayan istedadlı gənclərinbir qrupunu ətrafında toplamağa nail ola bilib. Bu istedadlardan biri də QurbanAbbasovdur. Böyük ümid verən yaradıcı gəncliyin nümayəndəsi kimi Qurban Abbasovöz yaşlı sənət müəllimlərindən səhnə sənətinin sirlərini dərindən öyrənir, özüzərində müstəqil çalışır və bir aktyor kimi püxtələşir.”

Gəncə Dövlət Dram Teatrında 22 aprel 1980-ci ildə tamaşaya qoyulan M.Şatrovun "İnqilabi etüd” (Tərcümə edən İshaq İbrahimov, quruluşçu rejisor, əməkdarincəsənət xadimi Yusif Bağırov, rəssamı Nodar Qabrindaşvili) iki hisəli pyesindəQurban Abbasovun yaratdığı Lenin obrazı aktyorun yaradıcılıq nailiyyəti olaraq teatrictimaiyyətinin diqqətini cəlb edə bilirdi. Təsadüfi deyil ki, post-sovet məkanızamanı Azərbaycan SSR Mədəniyyət Nazirliyinin kollegiyası və Respublika Teatr CəmiyyətininRəyasət Heyəti Leninin anadan olmasının 100 illiyi, Böyük Vətən müharibəsində qələbənin35 illiyi, Azərbaycan SSR-nin və Azərbaycan KP-nın yaranmasının 60 illiyimünasibətilə dram teatrlarının respublika müsabiqəsinə yekun vurarkən ən yaxşıyaradıcılıq debütü üzrə birinci mükafatı məhz M. Şatrovun "İnqilabi etüd”pyesinin tamaşasında Lenin rolunun ifaçısı Qurban Abbasova təqdim edib. Ə. Məmmədxanlının "Şərqin səhəri”dəCavanşir bəy, İ. Qasımov və H. Seyidbəylinin "Böyük ürək”də Rüstəm, N. Məmmədlini"Unutmaq istəyirəm”də Əhməd, N. Gəncəlinin "Məhəbbət körpüsü”də Azər, "Səadətyağış deyildi”də Tərlan, Q. Mehdinin "Oxşarlar”da Rəhman Kərimzadə, A. Məmmədovun"Bəraət”də İslam, F. Əlyarbəylinin "Xan qızı”da Haşım bəy və başqa çağdaş Azərbaycanmüəlliflərinin müxtəlif janrlı əsərlərinin tamaşalarında həmçinin Q.Zapolskayanın "Xanımın əxlaq dərsi”də Zbışko, M. Kərimin "Aygül diyarı”da Kənaradam, O. İoselianinin "Araba hələ aşmayıb”da Buxuti, M. Qorkinin "Qoca”daPavel, U. Şekspirin "III Riçard”da IV Eduard, E. Radzinskinin "Sokratla söhbətlər”dəSokrat, D. Valeyevin "Vicdan məhkəməsi”də Qarif kimi tərcümə əsərlərinin tamaşalarında QurbanAbbasovun çıxış etdiyi səhnə personajları hər zaman tamaşaçılar tərəfindənmaraqla qarşılanırdı.

Görkəmli teatr və kino aktyoru, xalq artisti Məmmədrza Şeyxzamanovaktyor haqqında yazırdı: "Gəncə Dövlət Dram Teatrının yaşlı nəslə mənsubaktyorları ilə gənc qüvvələr arasında möhkəm yaradıcılıq ünsiyyəti vardı. Beləgənc aktyorlar sırasında Qurban Abbasov xüsusi olaraq diqqəti cəlb etməklə,böyük sənət məktəbindən hər zaman bəhrələndiyini və inkişaf etdiyini göstərəbilir. Bu cür inkişaf və yaxınlıq yaradıcılıq baxımından etibarlı zəmindir.”

1980-ci illərdə Gəncənin Alimlər evində təşkil edilən xalq teatrıciddi planda tamaşaların hazırlanmasında böyük səylər göstərirdi. Məhz buteatrın uğurlu fəaliyyətində bədii rəhbər olaraq Qurban Abbasovun fəaliyyətidiqqət mərkəzində olmağı bacarırdı. Onun fəaliyyəti nəticəsində Rövşən Musayev,Mehriban Atayeva, Rövşən Əliyev, Namiq Tahirov, Rauf Həsənov, Arif Qulami, ElnurMəmmədov, Murad Əliyev, Rəşid Nağıyev, Rüstəm Abdullayev kimi gənc istedadlarınpeşəkar səhnəyə bir aktyor olaraq yetişdirilməsində xidmətləri böyükdür.

Aktyorun səhnə fəaliyyəti yüksək dəyərləndirilərək 24 dekabr 1981-ciildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. QurbanAbbasov 5 dekabr 1998-ci ildə Gəncə şəhərindəvəfat edib və buradakı yeni Səbiskar qəbiristanlığındakı Fəxri xiyabanında dəfnolunub. Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Qurban Abbasovunvəfatından 21 il ötməsinə baxmayaraq onunla bağlı heç bir dövrü mətbuatda genişformada yazılar dərc edilmir və ya xatirə verilişləri belə hazırlanmır. Həttaxatirəsinin əbədiləşdirilməsi üçün yaşadığı binanın önündə belə xatirə-baralyeflövhəsi yoxdur. Görəsən böyük bir sənət məktəbi keçən və sözün əsl mənasındaözünün möhtəşəm sənət məktəbini yarada bilən bu kimi sənət fəadilərininunudulmasının və ya unudulmağa məhkum olunmasının əsas səbəbi nədir?

Bəlkə də elə biz, özümüzük!


Anar Burcəliyev,

Teatrşünas