Şənbə günü bəzi rayonlarda intensiv yağış yağacaq, dolu düşəcək
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23, gündüz 27-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə isti olacaq.
Digər Xəbərlər
29 Dekabr 2025 12:57
Yollar qar və buzdan təmizlənir - VİDEO
29 Dekabr 2025 12:31
Prezident ailəsi ilə birlikdə “Ağ Şəhər”də açılış etdi - FOTOLAR
29 Dekabr 2025 12:18
Sabah rayonlara qar yağacaq, güclü külək əsəcək
29 Dekabr 2025 11:33
Quş qripinə qarşı növbəti epizootoloji monitorinq olacaq
29 Dekabr 2025 10:47
Kəlbəcərdən maraqlı GÖRÜNTÜ - Ana-bala cüyürlər... - FOTO
29 Dekabr 2025 10:35
Bakıda meteor yağışı olacaq
27 Dekabr 2025 13:45
Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün Yeni il şənliyi keçirildi - FOTOLAR
26 Dekabr 2025 20:28


Bakı -°C

