adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Fevral 2017 12:47
7118
MƏDƏNİYYƏT

«SƏN SUPERSƏN»

Müxtəlif ölkələrinteleviziya kanallarında və eləcə də öz televiziyalarımızda çox maraqlı layihələrhəyata keçirilir. Xüsusən də mədəniyyət və incəsənət sahəsinə həsr olunmuş bu layihələristedadlı gənclərin tapılıb üzə çıxmasına böyük köməklik göstərir. Hansı ki, buistedadlar uzun müddət hardasa qalıblar və onları arayıb-axtaran olmayıb.

Bayaq dediyimiz kimi,bu cür layihələr və müsabiqələr böyük tamaşaçı auditoriyası tərəfindən də maraqlaqarşılanır. Belə layihələrdən biri də Rusiyanın NTV telekanalında həyata keçirilir. Layihənin adı «Sən supersən»(«Tı super»).

Bu kanalda Azərbaycandanda iki gənc qız müsabiqədə iştirak eləmək hüququ qazanıb. Onlardan biri Bakıdan,digəri isə Gəncədəndi. 15 respublikanın iştirak etdiyi bu müsabiqədə Bakıdan olanqız möhtşəm çıxışı ilə həm münsifləri, həm də tamaşaçıları təəccübləndirib.

Bir faktı da qeydedək ki, həmin qız kimsəsizlər evində böyüyüb. Buna baxmayaraq, Allah-Təala onaçox böyük istedad və bacarıq bəxş edib.

Onun çıxışı televiziyadayayımlanarkən sevincimdən gözlərim yaşardı. Çünki bu uşaq böyük Müslüm Maqomayevinifa etdiyi «Ana» mahnısını özünəməxsus bir sevgiylə tamaşaçılara çatdırdı. Və oda təsadüfi deyil ki, münsiflərdə əyləşmiş nümayəndələr mahnı səslənən kimi təəccüblərinigizlədə bilmədilər. Şərq musiqisinin ürəkləri fəth etməsi və hətta rus mütəxəssislərinivə tamaşaçılarını yerindən tərpətməsi təsadüfi deyildir. Çünki həmin uşaq bu mahnınıifa edərkən ürəyinin, qəlbinin və iç dünyasının səsini, harayını o salona çatdırırdı.

Ən gözəl məqamlardanbiri isə həmin qız mahınını ifa edib başa çatandan sonra Azərbaycanın Rusiyadakısəfiri, böyük bəstəkar və böyük estrada müğənnisi Polad Bülbüloğlunun səhnəyə çıxmasıoldu. Aparıcı Polad Bülbüloğlunu təqdim edərkən unikal ifadə işlətdi: «Milyonlarınsevimlisi Polad Bülbüloğlu!»

Bəli, Polad Bülbüloğludoğurdan da milyonların sevimlisi olan böyük müğənnidir. Və təsadüfi deyil ki, Azərbaycanınböyük elçisi kimi Rusiya-Azərbaycan dostluğunun daha da möhkəmlənməsinə böyük töhfələrverib. Ammasapı özümüzdən olan baltalar ona şər-böhtan yaxmağa can atdılar. Polad Bülbüloğluisə gün işığı kimi bir nurdur. Onun qarşısını hansısa bulud, qaranlıq qüvvə biranlıq ala bilər. Amma bir andan sonra o günəş üfüqdən yenidən çıxacaq və aləmi nuraboyayacaq. Bax, Polad Bülbüloğlu da belə bir işıqlı, nurlu, böyük bəstəkar, böyükmüğənnidir. O səhnəyə çıxmağı ilə yenidən salonunu öz nuruna, öz işığına bələdi.Və taşamaçılarn alqışları fasiləsiz səsləndi. Elə həmin qıza da tərcüməçiliyi PoladBülbüloğlu elədi. Münsiflərin söylədiyi fikirləri qıza çatdırdı, qızın söylədiyisözləri isə münsiflərə tərcümə elədi.

Səhnədəçox gözəl bir aura yarandı. O qızın şirin, gözəl məlahətli səsinə Polad Bülbüloğlununnuru, işığı ələndi. Münsiflər və tamaşaçları qeyri-adi səsi olan o qızı bir dahayenidən alqışladılar, sevdilər. Münsiflərdən biri qeyd etdi ki, biz «Ana» mahnısındaşərq musiqisinin koloritini, rəngini, incəliyini duyduq. Qız çox gözəl oxudu! Amma bir iradımız var ki, gələndəfə oxuyanda gözlərini açıb oxuyarsan. Sənin həm də gözəl gözlərin var. Qız birkəlmə rusca söz dedi: «Spasibo!». Bu sözdənsonra salon onu yenidən alqışladı və münsiflərdən biri yerindən diləndi ki, görürsənmi artıq rusca danışmağıda öyrənirsən.

Çoxunikal və yaddaqalan bir an yaşandı. Qız mahnını ifa edib münsiflərlə xudahafizləşəndənsonra səhnə arxasına keçdi. Səhnə arxasında da Polad Bülbüloğlu öz böyüklüyünü birdaha göstərdi. O, qızı balası kimi bağrına basdı və ona öz səmimi münasibətini bildirdi.Qız da hiss elədi ki, böyük bəstəkar və böyükmüğənni ona ata sevgisiylə yanaşdı. Təbii ki, bu sevgi, bu istək və bu məhəbbəthəmin qızda çox böyük inam və güc verdi. Bu inam və gücün hesabına təbii ki, o növbətimərhələdə də yüksək səviyyədə çıxış edəcək, ölkəmizi həmin müsabiqədə şərəflə təmsiletməyə nail olacaqdır.

Səhveləmiriksə, şənbə günü Moskva vaxtı ilə saat 20:00-da «Tı super» verilişi yenidənefirdə göstəriləcəkdir. Biz Azərbaycandan gedən hər iki gənc müğənniyə böyük uğurlarvə yeni sevinclər arzulayırıq. Qoy onlar Rusiyanın səhnəsindən Azərbaycanın möhtəşəmvə unikal mahnılarını səsləndirsinlər və dünya bir daha əmin olsun ki, bizim necəgözəl, necə rəngarəng və yaddaqalan mahnılarımız, musiqilərimiz var.

Buqızın ifasında hər cür mahnı gözəl səslənə bilər. Ən azından ona görə ki, Allah-Təalao qıza gözəl səs verib, gözəl nur verib və gözəl də anlar bəxş edib.

Faiq QİSMƏTOĞLU