adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 May 2019 16:31
18678
ƏDƏBİYYAT

Sən kimsən, Almaniya!

(Səfər qeydləri)

... Heç ağlıma da gəlməzdi ki, altmışyaşımınastanasında Almaniyaya üç aylıq səfər edəm, əslində fikirlərim çox idi. Yubileyimqarşısında televiziyada veriliş hazırlamaq, vaxtilə təyinatla işlədiyim(1981-1984-cü illər) İsmayıllı şəhər 3 nömrəli orta məktəbdə, İsmayıllı Rayon MədəniyyətŞöbəsində görüşlər keçirmək istəyim məni çoxdan düşündürürdü. Bir il əvvəlyaxşı ki, əsərlərimi bir yerə toplayıb altı cildliyin çapını həyatakeçirmişdim. İlk təbrikim isə tanınmış yazıçı-publisist Vaqif İsaqoğlununhaqqımda məqalə və "Sunamidən sunamiyə” adlı iri həcmli monoqrafiya yazmasıoldu və kitab yenicə çapdan çıxmışdı.

Açığı,nə qədər şöhrətpərəst olsam da görüşlərdən, özünütəbliğdən, hay-küylərdənuzağam. Çoxları kimi "harda aş, orda baş” olmağı sevmir, tərifdən xoşlanmadığımkimi, kimisə yalandan tərifləməyi, özünü gözə soxmağı, yaltaqlığı qəbul etmirəm,daha doğrusu, bacarmıram. Uzun illər tanınmış, nüfuzlu KİV-lərdə məsul vəzifələrdəçalışdığımdan çoxlarına qeyri-adi görünən ədəbi hadisə mənim üçün adidənadidir. Bilirəm ki, indi heç kim heç kimin kitabını oxumur. Əvvəla buna vaxtıyoxdur, həvəsi də onun kimi. İndi hamı yazır, hamı! Yüksək səviyyəli dövlət məmurlarındantutmuş orta məktəbi əməlli-başlı sona çatdırmayana kimi. O qədər kitab çapolunur ki, sayı-sanbalı yoxdur. Qadağa yox, bir şey yox, nə yazsan çapolunacaq. Cümlələr baş-ayaq, orfoqrafiya səhvləri yüzlərlə, şeirinqayda-qanunlarına əməl olunmur...

Müğənnilər də şeir yazırlar. Özləri də o"şeirlərə” mahnı bəstələyirlər.

Nə isə, mətləbdən uzaq düşdük. Kim nə deyir,desin, heç kim heç kimin kitabını oxumur. Əgər vəzifən varsa, vəzifəli məmurunqohumusansa, "tanınmış” şairsən, yazıçısan, publisistsən. Mükafatlar sənindi, fəxriadlar sənindi, tədbirlərdə, ədəbi verilişlərdə söz sənindi. Özünü dahi hesabedir, Nizamini, Füzulini, Molla Pənah Vaqifi, Aşıq Ələsgəri, Mirzə Cəlili, SəmədVurğunu heçə endirib əsərlərini bəyənmirsən! Qəribədir, çox qəribədir!

Üç aylıq Almaniya səfəri! Sənədlərinhazırlanması, vizanın alınması, uçuş bileti... Marşrutumu Tbilisidən İstanbula,İstanbuldan isə Ştutqarta götürdüm. Xeyli ucuz olduğuna görə... Bunun üçünBakıdan Tbilisiyə avtobusla yola çıxdım. Saat 14:00-da. Uçuş vaxtından əvvəl məsafəniqət edəcək, boş və gözləməli vaxtım çox olacaqdı.

Biz öz dövrümüzə və düşüncəmizə görə ikiAlmaniya tanıyırdıq: AFR (Almaniya Federativ Respublikası) və ADR (AlmaniyaDemokratik Respublikası). ADR bizimki idi, SSRİ adlı Vətənimizin dostu idi. AFRisə düşmən idi – kapitalist Almaniyası. Rus dilində bu dövlətləri Feerqe vəQedeer kimi tələffüz edirdik. Paytaxtlarını da bilirdik: AFR-in paytaxtı Bonn,ADR-in paytaxtı Berlin. Ərazisini, əhalisini bildiyimiz bu dövlətlər almanınikiyə bölünməsinə bənzəyirdi. Bir yarısı dadlı, o biri yarısı zəhərli. Eləbilirdik ki, ADR-dəki almanlar AFR-dəki almanlara bənzəmirlər, tamam fərqliinsanlardır. Müharibəni başlayan, yüz minlərcə insanın ölümünə baiskar olankapitalist Almaniyasıdır. Sovet təbliğat maşını bizləri belə öyrədirdi və bizçox mətləblərdən agah deyildik.

Almanlar faşistdirlər! Qaniçəndirlər! Qaniçəndirlər!Yerüzərində almanlar kimi qaniçən, vəhşi millət yoxdur!

Birinci və ikinci Dünya müharibəsinin "səbəbkarı”olan Almaniya neçə yüz minlərlə insanın məhvinə səbəb olmuş, nəticədə heç bir məqsədənail olmadan məğlub durumda qalmışlar. Özünü ari irq adlandıran bir millət bu qədərqantökən olmaqla necə ari olur? Məgər ari irq olmağın ən yüksək dərəcəsigünahsız qan axıtmaqla olur?

Bu Feere, Qedeer, Germaniya kimi sözlərdən çoxbizim kənddə "nemes” sözü daha çox işlənirdi. Böyük Vətən müharibəsininiştirakçısı olmuş, müxtəlif bədən xəsarətləri ilə kəndə salamat qayıtmışmüharibə veteranlarının danışıqlarındakı bənzətmələr, oxşarlıqlar, insanxarakterlərinin müqayisəsi ağızdan-ağıza keçərək kəndin böyük-kiçiklərinin, həttaqadınlarının da ağzına düşmüşdü.

-Ə, a Zaman, nemes ha döysən, adambalası kimi danış.

-Adam briqadir olanda nolar, özününemesdən betər aparırsan.

-Adam balası kimi söz danış, nemesha döysən!

-Nemes sən elədiyin qələti eləməz!

-Məsim nemes kimi adamdı, ondayalan-palan olmaz...

Çox idi belə bənzətmələr və bu sözlər işləndikcənemesin faşistliyi gözdən düşür və onun dəqiqliyi, qanun-qaydaya riayəti, səliqə-sahmanıqabarıq şəkildə kəndin evlərinin qapılarını döyürdü.

Elə Ələsgər müəllimə "nemes Ələsgər” ayamasınıda müharibədən salamat qayıdan veteranlar qoymuşdular. Berlinə qədər qalibiyyətlidöyüş aparan Nərimanlı döyüşçülərdörd il ərzində nemesləribeş barmaqları kimitanımış, onlara xarakterik olan xüsusiyyətləri – dəqiqliyi, qayda-qanuna şəksizriayət etməyi, ancaq və ancaq öz işi ilə məşğul olmağı, kimsənin işinəqarışmamağı... təkcə Ələsgər müəllimdə görmüş və nemes ayamasını müəlliminalnına yapışdırmışdılar ki, uşaqlı-böyüklü hamı onu bu adla tanıyırdılar. KənddəƏləsgər adında üç-dörd adam vardı. Ələsgəri soruşan olanda ilk olaraqsoruşurdular:

-Hansı Ələsgəri deyirsən? Nemes Ələsgəri?

Bakı-Qırmızı Körpü avtovağzalında arxa sırada– avtobusun amfiteatrında oturmuşdum. Noyabr ayının 6-sı idi. Hava soyuq olmasada, burada oturmaq, arxadan hamını seyr etmək, motorun istiliyindəxumarlanmaqürəyimcə idi. İrəlidə oturanlardan gürcücə danışanlar da vardı və mənyavaş-yavaş xarici dildə danışıqlara alışmağa başlayırdım. Rusca, ingiliscəözümü yola verəcəyimə əminliyim vardı, ancaq alman dili mənlik deyildi.

Amfiteatrda kəndimizdən müharibəyə gedənlərin,Berlinəcən döyüş yolu keçənlərin simaları bir-bir gözüm önündə canlandı. "Qarakağız”ı gələnlərin isə şəkli, ad və soyadları mənə tanış idi. Onları görməmişdim,haqlarında eşitmişdim. Hə, müharibə bitmişdi, sakit həyat başlamışdı, quruculuqişləri geniş vüsət almışdı. Hamı təsərrüfatla məşğul olurdu. Daha arxa cəbhəninqadın, uşaq, qoca "əsgərlərinə” davadan qayıdanlar da qoşulmuşdu və bu,kolxozçular arasında böyük ruh yüksəkliyi yaradırdı.Əvvəla, davadan qayıdanlarhələ orta yaş dövrlərində idilər. Güclüydülər və çoxları hələ evlənməmişdilər.Məhəbbət dolu romantik həyat kəndimizin dağını-daşını bürümüşdü. Evli olanlarisə ailələrinə qayıtmış, ocaqlarının gözünü daha da qaynar etmişdilər. Əllərindəkiavtomatları toxa, bel, yaba, külüng, balta ilə əvəz edən veteranlar ikiqat əzmləçalışır, dörd illik həsrətlərinin üstünəyağ çəkirdilər. Həm də kənddəki vəzifələr onlara həvalə olunmuşdu. Məmmədəlibaş mühasib, Qədim briqadir, İslam dəyirmançı, Musa ferma müdiri, Müzəllim başçoban, Mikayıl məktəbin direktor müavini... işləyirdilər.

Bəlkədə müharibədə qazanılan qələbə insanlarda böyük ruh yüksəkliyi yaratmışdı.Sükutu səs-küy, iş ahəngi əvəz etmişdi. Üzlərdə gülüş, təbəssüm, sevinc cövlanedirdi. Toyların sayı artmışdı. İşdən sonra, ya boş vaxtlarda kəndin mərkəzindəkiMəhərin çayxanası ağzınacan dolu olurdu. Hamı sığışa bilmirdi. Odur ki, MədəniyyətEvinin həyətindəki bağda taxta oturacaqlarda, çəpər daşlarının üstündə oturubsöhbətləşir, növbə gözləyirdilər. Ən maraqlısı isə müharibə iştirakçılarınınsöhbətləri, zarafatları olurdu.

-Ələmdar, deyirsən neçə nemes öldürmüsən?

Ələmdar susur, Salmanın sualından yan keçməkistəyirdi. Kimsə onun susduğunu görüb, ocağa neft tökürdü.

-A Salman, keçən dəfə danışanda ondörd deyirdi. Ondan qabaq isə on altı.

-On dörd? – Salman heyrətlənir,alçaqboy,arıq Ələmdarı başdan-ayağa süzürdü. – Ələmdar, sən on dörd nemes öldürmüsən? Əyə,bəlkə ölənlərin üstünə çıxıb öz adına yazırsan? Olammaz, vallah, adamıninanmağı gəlmir. Kül təpəsinə nemesin ki, onun on dördünü Ələmdar öldürüb!

-A Salman, mən hər nədi eləmişəm,Reyxstaqa kimi gedib,

qayıtmışam. Sən nağayrıfsan? Özünə fiktivni sənəddüzəldib burda qalmısan. Hansı adla? Heç utanırsan? Yerinə siymək adı ilə. Sənsadadanışma, ayıbına kor ol!

Müharibə iştirakçılarının özlərinəməxsuszarafatları və ciddi söhbətləri olurdu. Ən çox o zarafatlar sonradan kəndcamaatının qulağına çatır, dillərinədüşürdü. Bu isə onların heç veclərinə gəlmir,əksinə sevincək olurdular. Çünki davada qalib gəlmişdilər, sağ-salamatocaqlarına qayıtmışdılar. Qaliblər isə mühakimə olunmur, sorğu-sualatutulmurdular:

"Nemes şotu”! Bunu da davadan qayıdanlar gətirmişdilər.Bir də görürdün ki, kənddə bir hadisə oldu, məsələn, üç nəfər birləşib Kamalınpitixanasında yeyib-içməyə gedirlər, onda Kamalın dediyi hesab üç nəfərinarasında bərabər bölünürdü. Yaxud, tutaq ki, on nəfərqonşu kəndə toya gedir, Ələkbərin"QAZ-51”-nə minib gedirdilər və qayıdanda hərə bir manat yığıb sürücüyədəst-dəyirmion manat verirdilər.

"Nemes şotu” misalı uşaqların, böyüklərinarasında dəbdə olan misala çevrilmişdi: Yadımdadı, aşağı siniflərdə oxuyandarayon mərkəzinə getmişdik. Beş yoldaş pulumuzu bərabər cəmləşdirib "Arzu”kafesində nahar etdik.

Hər ilin may ayının 9-u ölkəmizdə faşistAlmaniyası üzərində qələbənin ildönümü qeyd edilirdi. Bir gün əvvəlkəndimizinmüharibə iştirakçıları məktəbimizə dəvət edilir, onlarla şagirdlərin görüşükeçirilirdi. Qanlı-qadalı illərin iştirakçıları keçdikləri döyüş yollarındandanışır, müharibəni lənətləyir, dünyaya sülh arzulayırdılar. Hər gün olmasa da,tez-tez rastlaşdığımız müharibə iştirakçıları o görüşdə bizlər üçün qeyri-adiinsanlara çevrilirdilər və biz onlara həmişə hörmət və qayğı göstərir, özümüzüborclu bilirdik. Çünki çıxış edənlər göstərirdilər ki, əgər Sovet Ordusu HitlerAlmaniyasına qalib gəlməsəydi, biz məhv olar, bu gün yaşamazdıq...

... Sürücü avtobusun qabaq şüşəsindən asılmıştelevizorun səsini yüksəltdi. Gənc aktyorların çəkildiyi filmin kasseti məndə mənfiemosiya yaradırdı. Aktyorlar o qədər şit hərəkətlər edib, gülməli səhnələryaratmaq istəsələr də alınmırdı. Mən belə düşünürdüm, ancaq onlara baxmaq istəyənlərdə vardı. Təzə çəkilmiş yola, içarələrə, boşçöllərə, kəndlərə baxmaqdan başqa çarəm yox idi. Yatmaq istəsəm də, gözümü yuma bilmirdim.İştaham yox idi. Bir çanta yemək gözümün qabağında dayanmışdı.

Baba kişi! Biz hamımız ona Baba dayı deyirdik.Koroğlu cüssəli bir adam idi. O qədər kök idi ki, yaşından xeyli qocagörünürdü. Eşmə bığları vardı. Usta idi. Demək olar ki, kənddə (hətta qonşu kəndlərdədə) təzə tikilən evlərin döşəməsini, pəncərə və qapılarını o düzəldirdi. Çoxastagəl adam idi. Lap Mirzə CəlilinUsta Zeynalı kimi. Ancaq adam Allahnandanışar, çox səliqəli iş görürdü. Bizim evin ikinci mərtəbəsindəki döşəmənivururdu. Taxtanı yüz ölçüb, bir biçir, qulağının dibinə qoyduğu qara qələm və xətkeşləcızlayır, rəndə ilə kəsir, sonra sıyırırdı. Saatlarla dayanıb onun əl işinəuşaq həvəsi ilə baxırdıq.

-Çay! – yorulanda çay istəyirdi.İndi ağlıma

gəlir ki, ustaBaba çay bəhanəsiylə istirahətedirmiş, çünki o, soyuq bulaq suyu içirdi.O da başqaları kimi dörd il müharibədəolmuşdu, ancaq döşündə orden və medal deyilən heç nə yox idi. Qələbə günü bir dəfədə olsun görüşə gəlmirdi. Bizim evin ikinci mərtəbəsində beşlik taxtaları kəsibcızlayanda, rəndələyəndə Baba dayı bizə müharibədən danışmağa başladı:

-Müharibə pis şeydi. Qorxuludu. Həran

düşmən gülləsinətuş gələ bilərsən. Topuğumdanyaralanmışdım. Medçastda bir az yatdım. Sağalandan sonra fikrimi dəyişdim.Dedim ki, mənə nə borcdu, rusun çöllərində özümünemes gülləsinə verirəm.Rotadan ayrıldım. Bir kənd uğrunda döyüş gedib qurtarırdı. Bizimkilər irəligetdikcə mən arxada azad olan kənddə gizlənirdim. Boşalmış kənd evləriniaxtarır, özümə azuqə tapırdım. Beləcə, birtəhər başımı salamat saxlayabildim...

Kəndin Mədəniyyət Evində müharibə kinolarınadörd gözlə baxanda Baba dayı gözlərim önünə gəlir, gəldikcə nifrət hissimoyanırdı ki, o niyə döyüşlərdən arxada qalıb.

-O, nemesdən də betər pis adamdır!

Atam İsmayıl müəllim bizim tarix müəllimimizidi. Onun danışdığı tarixi hadisələr, müqavilələr, müharibə səhnələri nağıldanda şirin idi. O danışdıqca ağzımız açıla qalırdı. Keçən əsrin 30-cu illərindəfaşist partiyasının yaranması, Hitler, onun "Mayn kampf”ı, SSRİ-nin xaricisiyasəti, SSRİ ilə Almaniya arasında müharibə etməmək haqda müqavilə, kəşfiyyatçıRixard Zorgenin Almaniyanın bu .......pozaraq müharibəyə başlayacağı dəqiq vaxt, sənaye zavodlarının Sibirəköçürülməsi və nəhayət 1941-ci ilin 22 iyununda Böyük Vətən müharibəsininbaşlaması.

-Diqqət! Diqqət! – Levitanın səsiiləAlmaniya SSRİ-yə qarşı müharibəyə başladı...