01 May 2020 09:35
113766
ŞOU-BİZNES

Sən axı sevilirsən, Röya - Ehtiyac yox idi..

Şou-biznesin karantin sükutu pozulub. Əvvəlcə qeyd edək ki, seksi pozaları, erotik fotoları ilə sənətə keçid edən ilk müğənnidir Xalq artistiRöya Ayxan! Hətta tanınmış bəstəkarNailəMirməmmədli onun sənətə addım atdığı günlərdən danışaraq demişdi: "Röya Yaltayamüsabiqəyə getdi. Məndənsoruşdu ki, orada hansı mahnını oxuyum. Dedim, "Söylə, necə unudum"mahnısını oxu. Çünki o mahnı haradasa Avropada klassik mahnılara yaxın idi.Röya ifa etdi. Yadımdadır, mənə zəng vurdu dedi ki, "Ana, məntamaşaçıların simpatiyası" adını qazandım. Bakıya gəldi, onda Röya hələ təzəidi. Bunu hər yerdə dedi, amma heç kəs işıqlandırmadı. Onda da Röya dənizqırağındakı şəkillərini çəkdirib gündəmə gəldi. Və o, tez yayıldı. Bu daprinsip idi. Röya başa saldı ki, sizə, deməli, bu lazım idi?".

Amma ədalət naminə deyək ki,oxuduğu, altına imza atdığı mahnılar müasir estradamızın ən sevilən və hit olanyaradıcılıq nümumələridir. Ecazkar səsi,həzin mahnıları ilə fəxri titullara da layiq görülüb, yüzlərlə mükafat da qazanıb.Amma dünən yenə də açıq-saçıq, ağlı-qaralı fotoları ilə gündəmə gəlib. Amma bu sonuncu fotolar nəyə lazım idi? Birfanatın olaraq heç mən də anlamadım.

Sən axı sevilirsən, Röya...

Adalet.azxəbər verir ki, sənətçi sosial media hesabında paylaşdığı fotoda fərqli tərzdəkamera önünə keçib.

Üzərinəqara pencək geyinən Röya ağ rəngli alt geyimində seksual poz verib. Ecazkarlığıilə göz qamaşdıran Xalq artisti saçlarını uzadaraq, dalğavari şəkildə çiyinlərinəatıb.


R.Ayxanıncazibədar və füsunkar obrazı üzərində dünya şöhrətli stilist və vizajist AnarAğakişiyev çalışıb.

Qeyd edək ki, müsahibələrininbirində sevilən müğənni belə bir açıqlamavermişdi:”Açıq geyinirəmsə, normal qəbul edilməlidir. Bunu gözəl görün, sənətdir.Rihanna lüt şəkil qoyanda bəyənirsiniz, yerli ifaçılarımız geyinəndə olurpozğun, tərbiyəsiz? Bu halları ortadan yığışdırıb, sənət adamlarına hörmətqoyun”.

Amma vallah bu fotolara ehtiyac yox idi.Onsuzda hər addımı, hər cümləsi diqqət mərkəzindəydi,olay idi...


Əntiqə Rəşid