Şəmkirdə qadın qətlə yetirilib - əri tutulub - YENİLƏNİB
Şəmkirdə qətl hadisəsi zamanı ailənin övladı bıçaq xəsarəti alıb.
Adalet.az xəbər verir ki, xəsarət alan şəxs 2009-cu il təvəllüdlü A.H. xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən bildirilib ki, oktyabrın 6-da saat 17:30 radələrində xəsarət alması səbəbilə 2009-cu il təvəllüdlü (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Ona sağ əlin 4-cü barmağının və budun arxa səthinin kəsilmiş yarası, sol əlin 4-cü və 5-ci barmağının proksinol nahiyəsinin didilmiş-cırılmış yarası diaqnozu təyin edilib.
Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1984-cü il təvəllüdlü (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
10:09
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Şəmkir rayon prokurorluğundan Adalet.az-a verilən məlumata görə, oktyabrın 6-da saat 18 radələrində Şəmkir rayonu Şiştəpə kəndi ərazisində 1984-cü il təvəllüdlü Röyalə Hacıyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Hacıyevin bıçaqla xəsarətlər yetirməklə Röyalə Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Arif Hacıyev rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Digər Xəbərlər
08 Noyabr 2025 13:02
Necati Arabacı yenidən həbs edildi
07 Noyabr 2025 16:34
Tiktoker Cəsarət Cavadov 60 sutkalıq həbs olundu
07 Noyabr 2025 13:27
Məşhur tiktoker və blogerlər saxlanıldı - Kiberpolisdən əməliyyat - VİDEO
07 Noyabr 2025 11:38
Polis 4,3 kq narkotik aşkarlayıb
07 Noyabr 2025 11:29
Tbilisidə azərbaycanlı gənclərin döyülməsinə görə daha bir nəfər saxlanıldı
07 Noyabr 2025 10:26
Cinayətdə şübhəli bilinən 31 nəfər saxlanıldı
05 Noyabr 2025 18:24
Marketdən siqaret və içki oğurlayan keçmiş məhkum saxlanıldı
05 Noyabr 2025 16:28


Bakı -°C

