Səməd Seyidov XİN qarşısında məsələ qaldırdı: “Milli Məclisə gəlsinlər”
"Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın açıqlamaları Azərbaycana, azərbaycançılığa qarşı yönəlib”.
Bu barədə Milli Məclisin iclasında deputat Səməd Seyidov məlumat verib.
"Biz elə etməliyik ki, bu açıqlama Ermənistanın axırıncı təxribatı olsun”, - deyə S.Seyidov əlavə edib.
Deputat bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar formatının axarını başqa məcraya yönəldir.
"Erməniləröz prezidentlərini deviriblər, parlamentlərini gülləbaran ediblər, insanları türmələrdə çürüdüblər, təki Qarabağ işğal altında qalsın”.
S.Seyidov bəzi deputatların Xarici işlər naziri Elmar Məmmədyarovu tənqid etməsinə də münasibət bildirib.
"Deputatların fikirləri və tənqidləri ilə bağlı Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri Milli Məclisə gəlsinlər, müvafiq komitələrin iclaslarında iştirak etsinlər”, - deyə S.Seyidov əlavə edib.
Digər Xəbərlər
29 Aprel 2024 15:36
Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi
29 Aprel 2024 15:35İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
29 Aprel 2024 15:05Ceyhun Bayramov Qətərə getdi
29 Aprel 2024 14:49Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub
29 Aprel 2024 14:39