adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Sentyabr 2014 10:59
4444
MƏMLƏKƏT

Səlim Müslümov BMT sessiyasında çıxış edib

ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının"Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı”nın 20 illiyinə vəonun gələcək icrası ilə bağlı görüləcək işlərin müzakirəsinə həsr olunmuş 29-cuxüsusi sessiyası öz işinə başlayıb. Əmək və ƏhalininSosial müdafiəsi Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalininsosial müdafiəsi naziri Səlim Müslümov sessiyada çıxış edərək, ölkəmizdədavamlı sosial-iqtisadi inkişaf şəraitində demoqrafik sabitliyə nail olunmasıüçün görülən işlər və əldə olunan uğurlar barədə məlumat verib. 

S.Müslümov bildirib ki, ötən dövrdə ölkəmizdə əldəolunan makroiqtisadi və siyasi sabitlik şəraitində mühüm sosial islahatlar həyatakeçirilməklə, həmçinin Qahirə konfransının Fəaliyyət Proqramının prinsiplərininmühüm inkişaf strategiyalarında tətbiqi üçün müvafiq işlər  aparılıb: "2003-cü ildən AzərbaycanPrezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti respublikanın bütün sahələrüzrə inkişafının daha da sürətlənməsini, müasir dövlət quruculuğunun geniş vüsətalmasını  təmin etmişdir.  Qısa bir dövrdə sosial-iqtisadi inkişaftempinə görə regionda lider mövqeyə sahib olan Azərbaycan BMT-nin sonhesabatına əsasən, insan inkişafı indeksinə görə 187 ölkə sırasında 76-cı yerdəqərarlaşıb və yüksək inkişaf səviyyəsinə malik ölkələr qrupuna daxil olub. Həmçinin,Dünya İqtisadi Forumunun ilbəil açıqladığı məlumatlarda Azərbaycanın qlobal rəqabətqabiliyyətlilikreytinqi daim yüksəlir və hazırda  ölkəmizbu göstəriciyə görə 144 ölkə arasında 38-ci yerdədir”.

Ötən 20 ildə Azərbaycanda əhali sakinliyi ilə bağlıməsələlərin həlli sahəsində həyata keçirilən kompleks tədbirləri diqqətə çatdıran nazir bildiribki, postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda 1999-cu ildə Demoqrafikİnkişaf Konsepsiyası təsdiq edilib. Konsepsiyanın icrası olaraq, ölkənindemoqrafik potensialının reallaşdırılması məqsədilə əhali sağlamlığının möhkəmləndirilməsi,o cümlədən reproduktiv sağlamlıq, təhsilin keyfiyyətinin artırılması, əhalinin,həmçinin həssas qrupların  məşğulluğununtəminatı,  gender bərabərliyinə nailolunması, miqrasiya proseslərinin səmərəli tənzimlənməsi və s. istiqamətlərdəmühüm işlər görülüb. Ölkənin mövcud səhiyyə və təhsil infrastrukturunun deməkolar ki, yarısı məhz son 20 ildə yaradılıb: "Bu müddətdə Azərbaycan əhalisininsayı 26 faiz artaraq  9,5 milyona çatıb vəhazırda ölkədə əhalinin illik artım tempi 1,3 faiz təşkil edir. Bu müsbətdemoqrafik proseslər eyni zamanda körpə və uşaq ölümü hallarının müvafiq olaraq2,3 dəfə və 3,5 dəfə azalması ilə müşahidə olunub. 

S.Müslümov Azərbaycanda demoqrafik siyasətin ölkəninmilli və demoqrafik xüsusiyyətlərinə, sosial-iqtisadi şəraitinə uyğun şəkildə aparıldığını,hazırda 2025-ci ilədək dövr üçün ölkəmizin əhali sakinliyi və demoqrafikinkişaf üzrə Dövlət  Proqramının hazırlandığını  qeyd edib. O, bu prosesdə mötəbər beynəlxalqqurumlarla, o cümlədən BMT-nin ƏhaliFondu ilə fəal əməkdaşlığın roluna toxunub və bunun qeyd olunan FəaliyyətProqramının səmərəli icrası baxımından da əhəmiyyətini vurğulayıb.