Selena Qomez Trampın qərarlarına ağlayaraq reaksiya verdi
Meksika əsilli dünyaca məşhur müğənni Selena Qomez sosial media hesabında paylaşdığı video ilə gündəmə gəlib.
Adalet.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın meksikalı mühacirlərə qarşı verdiyi sərt qərarlarla bağlı göz yaşları içində açıqlama verən Qomez, “Bütün xalqım hücuma məruz qalır. Mən həqiqətən kədərlənirəm. Kaş nəsə edə biləydim",- deyə ifadə edib.
Bildirək ki, Tramp administrasiyası ABŞ-Meksika sərhədində qeyri-qanuni mühacir axınının qarşısını almaq üçün yeni bir sıra qərarlar qəbul edəcəyini açıqlayıb. Bu qərarlar arasında immiqrantların müraciət prosesində istifadə edilən "CBP One" tətbiqinin ləğvi, sərhəd təhlükəsizliyini artırmaq üçün 1500 əsgərin göndərilməsi və vətəndaşlıq hüququnun ləğvi kimi radikal tədbirlər var.
Meksika əsilli ailədən olan Selena bu qərarlar verildikdən sonra sosial şəbəkədə paylaşdığı videoda göz yaşlarını saxlaya bilməyib. Qomez pərəstişkarlarının reaksiyasından qısa müddət sonra videonu silib. "Görünür, insanlara empatiya göstərmək düzgün deyil", - deyə o, izah edib.
Digər Xəbərlər
09 Sentyabr 2026 07:04
“5 il ömrüm qalıb” - Brüs Kempbell
08 Sentyabr 2026 07:55
Bu ilin "Dünya gözəli" o seçildi
08 Sentyabr 2026 07:12
Aparıcı Elgiz efirə qayıtdı - İnsanları evləndirəcək
08 Sentyabr 2026 07:06
“Mənə bacı deməyin” – Bülent Ersoydan estetik əməliyyat açıqlaması
07 Sentyabr 2026 16:30
Seda Sayan 7 milyon manat qazanacaq
07 Sentyabr 2026 13:10
Rəqqasə Fatimə: “ … mənə qutab vermədiyin günü xatırla”
07 Sentyabr 2026 12:04
Zeynəb Həsəni: “Talıbla kənarda dostluğumuz yoxdur”
07 Sentyabr 2026 11:41


Bakı -°C

