adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Oktyabr 2019 16:36
56669
MƏDƏNİYYƏT

Səhnənin “Küllücə”si

Sağlamlıqimkanları məhdud uşaq, yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası, onların müxtəlifistiqamətlərdə bilik və bacarıqlarınınümayiş etdirməsi üçün reallaşdırılan irimiqyaslı layihələrə biri də əlavəolundu.

Belə ki, birsıra sosial-mədəni aksiyaları ilə ictimaiyyətin diqqətini bu sahəyə yönəldən,istedadlı əlil uşaq və yeniyetmlərin özünü ifadə meydanına çevrilən AbdullaŞaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində "Küllücə” adlıteatr-studiyası yaradılıb.

Fiziki və əqlicəhətdən çatışmazlığı olan 30 nəfər uşaq, yeniyetmə və gənci bir araya gətirənstudiya 2 qrupda (uşaq-yeniyetmə və gənclər) fəaliyyət göstərəcək.

Terapiya, birnöv müalicəvi dərs xarakterli məşqlərdə uşaqlara müvafiq sosial vərdiş və münasibətlərsəhnə nümunələri, dramaturji materiallar vasitəsilə təlqin ediləcək. Aktyor,rejissor, vokalçı, xoreoqraflarla yanaşı psixoloqlar da məşq-tədris prosesində pedaqoqkimi iştirak edəcəklər.

Nəzərinizəçatdıraq ki, hazırda studiyanın hər iki qrupunda qızğın məşqlər gedir. Belə ki,ilk olaraq kiçik yaş qrupunun təqdimatında Şarl Perronun məşhur "Qırmızıpapaq”əsəri, böyüklərin qrupunda isə Cəfər Cabbarlının 120 illik yubileyimünasibətilə "Solğun çiçəklər” tamaşaları hazırlanır. Təbii ki, hər iki nümunəorijinal pyes üzərində müvafiq ixtisarlar aparılmaqla yeni səhnələşdirmədə, dahaçox mahnı və kütləvi rəqslərin fonunda təqdim olunacaq.

Onu da qeydedək ki, "Küllücə”nin yetirmələrinin ilk səhnə nümayişi dekabrın 3-də -Beynəlxaql Əlillər Günündə baş tutacaq.