adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Iyul 2019 15:07
47592
MƏDƏNİYYƏT

Səhnə həyat nurumdur

Bir ailədə iki böyük sənətkarlarınolması və iki xalq artistinin övladı olmaq taleyi qismətimə nəsib olub. Elə busənətə gəlməyimin də əsas səbəbkarları məhz mərhum valideyinlərim xalq artistləri,qocaman səhnə ustaları olan Məhəmməd Burcəliyev və Sədayə Mustafayeva olublar.Özümü dərk edəndən bu qocaman səhnə ustaları ilə birgə Gəncə Dövlət DramTeatrına gedir, tamaşalarına baxır və müşahidələr edirdim. Elə bu gün dəoxucularımıza məhz xalq artisti Sədayə Mustafayeva haqqında xatirələrimi bölüşməkistəyirəm. Qeyd etməliyəm ki, bu böyük bir məsuliyyət və şərəfli bir tarixinaraşdırılmasında mühüm əhəmiyyətə malikdir.

Sədayə Mustafayeva ilk öncə deyim ki,xoşbəxt taleli sənətkarlarımızdan biri olub. Ömrünün 78 ilinin 64 ilini Azərbaycanmədəniyyətinin inkişafına həsr edən səhnə ustasının 54 illik səhnə fəaliyyəti GəncəDövlət Dram Teatrının tarixi iləbağlıdır.

Sədayə İsmayıl qızı Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəkidəanadan olub. Böyük Vətən Müharibəsi başlanmazdan üç il əvvəl 11 yaşında olarkənanası dünyasını dəyişib. Beş illik orta təhsilini bitirdikdən sonra Böyük VətənMüharibəsi başladığından atası İsmayıl ilə qardaşı Məhəmmədi müharibəyə yolasalıb və Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı birustanın yanında usta köməkçisi kimi işləməyə başlayıb.O illəri xatırlayan SədayəMustafayeva yazırdı: "Böyük Vətən Müharibəsi başlayanda mənim 14 yaşım vardı.Atam və qardaşım müharibəyə yollandığından evdə qalan bir qardaşım və bacıma mənbaxmalı oldum. Atamın dostu Nəsib kişi vəziyyətimizin çıxılmaz dərəcədə ağırolduğunu görüb mənə dedi ki, gəl səni aparım sənət məktəbinə. Həmin məktəbinşagirdləri toxuculuq kombinatında istehsalat təcrübəsi keçir və bundan ötrü azmiqdarda əmək haqqı alırdılar. Mən razılaşdım və Lətifə adlı bir ustanınşagirdi oldum. Toxuculuq kombinatında maşınlar primitiv bir üsulla işlədilirdi.Bir dəfə dəstəyi fırladanda "çornik” çıxıb üzümü yaraladı. Fəhlələr dedilər ki,bu balaca boylu, çəlimsiz qızın belə yerdə işləməyi mümkün deyil. Həm də ipəkkombinatında işlədiyim müddət ərzində müəssisənin dram dərnəyinə yazıldım.”


Sədayə Mustafayeva 1940-cı ildə Şəkidə boyu çox uca olduğundan və həmişədə səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsi iləŞəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bu teatrın səhnəsində ilk dəfəolaraq Səməd Vurğunun "Vaqif” tarixi dramında rəqqasə kimi səhnəyə çıxıb.Sonralar bu teatrın səhnəsində Səməd Vurğunun "Vaqif”də Gülnar, Süleyman SaniAxundovun "Eşq və intiqam”da Qəmər obrazları ilə diqqəti cəlb edib. Aktrisa həmçininburada Yusif Vəliyev, Məmmədkəbir Hacıoğlu, İbrahim Azəri, Rzabala Rzayev, MəşəmmədXalıqov, Məmməd Tahirov, Hökumə Qasımova, Bilqeyis Ələsgərova, Şirinbacı Cəfərovakimi aktyorlarla birlikdə fəaliyyət göstərib, Kazım Ziya, Ələsgər Ələkbərovkimi sənət korifeyləri ilə tərəfmüqabili olub.Bir müddət maraqlı obrazlar qaleriyasıyaradan Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş Dövlət Dram Tearında davametdirib.Aktrisa Ağdaş Dövlət Dram Teatrının səhnəsində Səməd Vurğunun "Fərhad vəŞirin”də Şirin, İlyas Əfəndiyevin "Bahar suları”da Turac və başqa obrazları iləsəhnəyə çıxıb. Bu teatrın səhnəsində İsmayıl Dağıstanlı kimi səhnə ustası ilə tərəfmüqabiliolmaq aktrisanın taleyinə nəsib olub. Hətta Sədayə Mustafayeva öz xatirələrindəyazır ki, İlyas Əfəndiyevin "Bahar suları” pyesindəki Turac obrazına görə Ağdaşcamaatı onu daima Turac deyə çağırıblar. Ağdaş Dövlət Dram Teatrı bir müddətsonra bağlanıldığından aktrisa fəaliyyətini Göyçay Dövlət Dram Teatrında davametdirməli olub. Bu teatrın səhnəsində Yusif Məmmədov, Yusif (Əliyev) Yulduz kimi sənətkarlarla birlikdə çalışıb.


Özünümaliyyələşdirmə sistemində çətinliklərlə üzləşən Göyçay DövlətDram Teatrı 1949-cu ilin sonlarında bağlandığından üç dövlət teatrlarından Naxçıvan,Gəncə və Gənc Tamaşaçılar teatrlarından dəvət alan aktrisa fəaliyyətini davametdirmək üçün 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru,respublikanın xalq artisti Məhəmməd Burcəliyevin dəvəti iləGəncə Dövlət DramTeatrını seçib və bu teatra aktrisa kimi gətirilib. Xalq artisti Məhəmməd Burcəliyevöz xatırələrində aktrisa haqqında yazırdı: "Sədayə Mustafayevanın sorağınıçoxdan eşitmişdik. Onun Şəki, Ağdaş və Göyçay teatrlarında oynadığı rollardanyaxşı xəbərdar idik. Buna görə də 1950-ci ilin mart ayında mən onu Gəncəteatrına dəvət etdim. Artıq püxtələşən professional səviyyəyə yüksələn biraktrisanın bizim kollektivə gəlməsi hamımızın sevincinə səbəb oldu. Doğrudur,teatrda Barat Şəkinskaya, Rəmziyyə Veysəlova, Ətayə Əliyeva kimi istedadlıqadın sənətkarlarımız vardı. Lakin bununla belə Sədayə bizim kollektivə öz səsi,öz nəfəsi ilə yeni abu-hava gətirə bildi.”

Gəncə Dövlət Dram Teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlarqalereyası yaradan aktrisanın "Vaqif” də Xuraman, Gulnar, "Aydın”da Gültəkin, "PəriCadu”da Pəri, "Solğun çiçəklər”də Sara, Pəri, Gülnisə, "Otello”da Emilya, "III-Riçard”daYelizaveta, "Sokratla söhbətlər”də Ksantipa, "İtgin gəlin”də Səbihə, "Yad qızı”daHəcər xanım, "Dairəni genişləndirin”də Aliyə, "Təbilçi qız”da Nila, "Kəndçiqız”da Bənövşə, "Dəli Kür”də Şahnigar, "Ana vüqarı”da Ana, "Bəraət”də Rəşidəxanım, "Atayevlər ailəsi”də Dilşad xanim, "Xan qızı"da XurşudbanuNatavan, "Qonşular”da Mətanət, "Almaz”da Almaz, "Sən həmişə mənimləsən”dəNargilə, "Mahnı dağlarda qaldı”da Rəxşəndə xanım obrazları yaradıcılığının əngözəl nümunələrindəndir.

Gəncə Dövlət Dram Teatrının səhnəsində 15 aprel 1958-ci ildə tamaşayaqoyulan maraqlı səhnə əsərlərindən biri də A. Ginzburqun "Qanq qızı” adlı 4 pərdəli,8 şəkilli dramıdır. "Qanq qızı” ("Kəmalə”) Rabindranat Taqorun "Fəlakət” romanıəsasında qələmə alınıb və xalq artisti Ələkbər Seyfinin tərcüməsidir. Tamaşanınquruluşçu rejisoru, respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayev, rəssamı,respublikanınəməkdar incəsənət xadimi Bəhram Əfəndiyev, bəstəkarı isə S. Yudakovdur. Aktrisabu pyesdə Kəmalə obrazını böyük ustalıqla tamaşaçılara təqdim edə bilib. SədayəMustafayevanın Kəmaləsi böyük məhəbbətlə sevən, lakin zahirən çox müti görünən,son dərəcə saf bir surətdir. Yelkənli qayıqda Romeşlə (xalq artisti Ələddin Abbasov)olan söhbəti o qədər təbii, sadə, həmdə incə bir formada təqdim olunurdu ki, tamaşaçı Kəmaləyə valeh olur, onun xoşbəxtolmasını arzulayırdı.


Sənətşünaslıq doktoru, profesor İnqilab Kərimov aktrisa SədayəMustafayevanın "Qanq qızı” dramında yaratdığı Kəmalə obrazı haqqında yazırdı: ""Qanq qızı” tamaşasının müvəffəqiyyətindən söhbət gedərkən Sədayənin Kəmaləobrazı diqqət mərkəzində idi. Sədayənin ifasında Kəmalə dərin məhəbbətlə sevən,öz sevgisi yolunda bütün çətinliklərə sinə gərən mərd bir qız idi. Kəmalə - Sədayəsıxıntı çəksədə, istəyinə nail olur və tamaşaçıya xatırladır ki, həyatda heçşey asanlıqla əldə edilmir. Tükənməz səbr, möhkəm iradə ilə köhnəliyə, fəlakətlərdoğuran çürük adətlərə qarşı durmaq və onu kökündən dağıtmaq lazımdır.”

Qeyd etmək lazımdır ki, "Qanq qızı” dramında saf təbiətin övladıolub, bütün qəlbi ilə, varlığı ilə azadlığa can atan sadə bir kəndli qızı olanKəmalə obrazını xalq artisti Sədayə Mustafayeva olduqca mürəkkəb xarakterəmalik bütün incəliklərinə qədər açılan oyun tərzi ilə təqdim edə bilirdi.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, tarixi mərhələlər həmişə hadisələrbolluğuna və maraqlı səciyyəsinə görə bədii ədəbiyyatın daima diqqət mərkəzindəolur. İdeyası bəşəri, sənətkarlığı yüksək, əhatəsi dünyəvi olan əsərlər zamanıngerçəkliyini daima təsdiqləyir, xoşbəxt taleli edir. Bu qəbildən olan müəlliflərtoplusunun və ya el ədəbiyyatının yaratdığı əsərlər ilkin orjinal köynəyindən çıxaraq,əsas qayəsini saxlamaqla incəsənətin müxtəlif janrlarında dönə-dönə özünü təcəssümetdirir. Belə xoşbəxt bir tale xalq yazıçısı İsmayıl Şıxlının "Dəli Kür”romanına da nəsib olub. İlk öncə deyim ki, romanı Əməkdar jurnalisti, tərcüməçi,dramaturq, publisist Mailə Muradxanlı səhnələşdirib.İki hissəli pyes Gəncə DövlətDram Teatrının səhnəsində 21 may 1986-cı ildə quruluşçu rejisor, xalq artistiVaqif Şərifovun traktofkasında səhnəyə qoyulub. Xalq artisti Sədayə Mustafayevabu pyesdə Şahnigar obrazını yaradıb. Tamaşa boyu hadisələr fonundayüksək həyateşqli Şahnigarın acınacaqlı taleyi uzun müddət tamaşaçıların yaddaşındansilinmir. Bu dövrdə Azərbaycan qadınlarını bir ictimai bəla bərabərləşdirirdi:hüquqsuzluq. Bu qədər nikbin, həyata bağlı, insana təmaslı olan Şahnigar bədbəxtdir.Bu bədbəxtlik birinci onun doğma qardaşı Cahandar ağadan irəli gəlir. Məhz buqorxudan irəli gələrək Şahnigar öz sevdiyinə yox, başqa birisinə ərə gedib. SəhnədəSədayə Mustafayevanın oynadığı Şahnigar obrazı öz şuxluğunu son məqamda isəsarsıntılarını böyük bir məharətlə canlandırmaqla göstərir və tamaşaçıya böyükustalıqla təqdim etməyi bacarırdı.

Azərbaycanın görkəmli teatr rejisoru, aktyoru və pedaqoqu, SSRİ xalqartisti, sənətşünaslıq doktoru, professor Mehdi Məmmədov 1983-cü ildə İşıq nəşriyyatıtərəfindən çap edilən "Onun sənət ulduzu” kitabında xalq artisti SədayəMustafayeva haqqında yazırdı: "Azərbaycan aktrisasının səhnəyə gəlişi, bumeydanda qələbələr qazanması, əlbəttə, böyük hadisədir, qızıl hərflərləyazılmağa layiq qəhrəmanlıq dastanıdır. Məhz aktrisa Sədayə Mustafayeva teatraböyük inamla, etiqatla gələrək ürəyinin məhəbbətini, yüksək arzularını özü iləbərabər sənətin mehrabına gətirə bilib.”

Bu gün xüsusi olaraq qeyd etmək lazımdır ki, Gəncə Dövlət DramTeatrında fəaliyyət göstərən xalq artisti Pərvanə Qurbanova, aktrisalardanFizulət Rzayeva, Sona Vəliyeva, Şuray Nəvai kimi və başqa əksər aktyor eləcə dəaktrisa heyəti də məhz Sədayə Mustafayevanın sənət məktəbinin yetirmələridir.Buyetirmələr də hər zaman öz sənət müəllimlərini böyük hörmət və ehtiramla yadedirlər.

Xalq artisti Sədayə Mustafayeva həmçinin Azərbaycanfilmin istehsalıolan iyirmidən artıq filmə çəkilib. "Qanun naminə”də Xatun, "Mən ki gözəldeyildim”də Gözəl, "Şərikli çörək”də Şamama, "Qaynana”da Mülayim, "Ölsəmbağışla”da Ana, "Ağ atlı oğlan”da Mirvari nənə, "Həm ziyarət, həm ticarət”dəSuğra xala, "Biri vardı, biri yoxdu”da Qadın, "Gün keçdi”də Əsmərin anası,"Qızıl ayaqlı qaz”da Şəfiqənin anası, "Var olun, qızlar”da Rüstəmin anası, "Firəngiz”dəMəsmə,"Gümüşü furqon”da Mədinənin anası, "İlıq dənizdə buz parçası”da Təqaüdçününanası, "Cin mikrorayonda”da Ana, "İşarəni dənizdən gözləyin”də Komandanınanası, "Şəhərli biçinçilər”də Humay, Amerika kinemotoqrafçılarının istehsaletdiyi "İlk körpü”də Əsmər obrazları aktrisanın böyük ustalıqla yaratdığı vəyaddaşlarda yaşanan mahir Ana surətləridir.

Sədayə Mustafayeva Azərbaycan mədəniyyətinininkişafındakı xidmətlərinə görə 1958-ci ildə əməkdarartist, 1981-ci ildəxalq artisti fəxri adlarına və 2003-cü ildə isə AzərbaycanRespublikası Prezidentinin Fərdi təqaüdünə layiq görülüb.

Unudulmaz sənətkar Respublikanın xalqartisti Sədayə Mustafayeva 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfatedib.

Ruhun şad olsun Ana!


Anar Burcəliyev,

Teatrşünas