Səhiyyə Nazirliyinin nümayəndə heyəti Hacettepe Universitetinin fəaliyyəti ilə tanış oldu
Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə iki günlük işgüzar səfəri çərçivəsində qardaş ölkənin ən nüfuzlu tibb ocaqlarından olan Hacettepe Universitetinin fəaliyyəti ilə tanışlıq olub.
Nazirlikdən Adalet.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Hacettepe Universitetinin rektoru Haluk Özen səhiyyə sahəsində ölkələrimiz arasında sıx əlaqələrin mövcudluğunu vurğulayıb.
Rektor xatırladıb ki, 2018-ci ildə rəhbərlik etdiyi tibb ocağı ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında protokol imzalanıb:
“Eyni zamanda, Hacettepe Universitetinin mütəxəssisləri ATU-da təşkil olunan təlim, beynəlxalq elmi konfranslar və vebinarlarda mütəmadi olaraq iştirak edirlər”.
Çıxışı zamanı səhiyyə naziri Teymur Musayev qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də geniş əməkdaşlıq mövcuddur:
“Eyni zamanda, tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılıb. Ölkəmizin qocaman ali məktəblərindən biri olan Azərbaycan Tibb Universiteti Türkiyənin ən nüfuzlu universitetləri, həmçinin Hacettepe Universiteti ilə səmərəli əməkdaşlıq edir”.
Tədbirdə ölkələrimiz arasında tibb sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində səmərəli işlər görülməsinin vacibliyi vurğulanıb.
Digər Xəbərlər
16 Sentyabr 2026 10:17
Beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdama gəliblər
16 Sentyabr 2026 10:16
FHN cəzaçəkmə müəssisəsində təlim keçirdi - VİDEO
15 Sentyabr 2026 18:38
Polis Akademiyasında andiçmə mərasimi keçirildi - VİDEO + FOTOLAR
15 Sentyabr 2026 17:55
Rövşən Rzayev vətəndaşların müraciətlərini dinlədi
15 Sentyabr 2026 17:32
Allahşükür Paşazadə Prezidentə təşəkkür etdi
15 Sentyabr 2026 16:55
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin” - İlham Əliyev
15 Sentyabr 2026 16:16
Prezident bu icra başçısını vəzifəsindən azad etdi
15 Sentyabr 2026 15:49


Bakı -°C

