adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 May 2018 16:59
15573
MƏMLƏKƏT

Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni TƏYİNAT

İndiyədək CBC telekanalında Xəbərlər Departamentinin prodüseri vəzifəsində işləyən Yaqut Məmmədova (Tapdıqqızı) Səhiyyə Nazirliyinin mətbuat xidmətinə rəhbər təyin olunub.

Bu barədə məlumatı nazirlikdən Modern.az-a təsdiqləyiblər.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Liya Bayramova bir müddət öncə elmi fəaliyyəti ilə bağlı işdən çıxmışdı. Şöbənin digər əməkdaşı Cavid Xəlilov da könüllü olaraq işdən azad edilmişdi.


Qeyd edək ki, Səhiyyə Nazirliyinin yeni mətbuat katibi Yaqut Məmmədova əvvəllə "Lider" TV-də, "New Bakupost" qəzetində çalışıb.