adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Mart 2020 16:10
8942
SAĞLAMLIQ

Səhiyyə Nazirliyindən spirtlə bağlı əhaliyə XƏBƏRDARLIQ

Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur.

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciətində bildirilib.

Qeyd olunub ki, adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir.

Mərkəz əhalini bu məsələdə diqqətli və ehtiyatlı olmağa çağırıb.