adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Oktyabr 2014 16:25
5457
SAĞLAMLIQ

Səhiyyə Nazirliyi teleaparıcını qanunsuz reklamda suçladı

ATV telekanalında efirə gedən "Mənim yarımdan soruş” verilişində narazılığa səbəb olan nüans meydana çıxıb. Belə ki, aparıcı Zaur Baxşəliyev verilişin reklamalara ayrılan hissəsində cinsi potensiyanı artıran dərman pereparatını reklam edir. Aparıcı tamaşaçıları əmin etməyə çalışır ki, bu, "əla vasitədir”.

Maraqlıdır, "Spermagen” adlı sözügedən dərman preparatının reklamına icazəni kim verib?

Adalet.az xəbər verir ki, məsələylə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Modern.az-a açıqlama verib. O, bildirib ki, nazirlik ATV-də efirə çıxan "Məni yarımdan soruş” verilişində  "Spermagen” pereparatının reklamına icazə verməyib. Və ümumiyyətlə, buna görə veriliş rəhbərliyi icazə almaq üçün nazirliyə müraciət etməyib.

"Səhiyyə Nazirliyinin razılığı olmadan hansısa dərman preparatının reklamı qeyri-qanunidir. Həmçinin, mütləq bilinməlidir ki, reklam olunan məhsul dərman vasitəsidir, yoxsa qida əlavəsi. Sözügedən preparatın reklamı isə bizim tərəfimizdən qeyri-qanuni sayılır”.