Səhiyyə Nazirliyi Elmar Vəliyevin səhhəti haqda niyə məlumatsızdır?
Gəncə şəhərinin güllə yarası almış icra başçısı Elmar Vəliyevin hazırda müalicəsini İsraildə davam etdirdiyi barədə məlumatlar var. E.Vəliyevin dövlət məmuru olduğunu nəzərə alsaq, normalda ölkənin Səhiyyə Nazirliyi onun səhhəti ilə bağlı vəziyyəti diqqətdə saxlamalı və rəsmi açıqlamalar da bu qurumdan verilməlidir.
Modern.azsaytı da bunu nəzərə alaraq Səhiyyə Nazirliyinə müraciət edib.
Amma nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova əməkdaşımıza bildirib ki, Elmar Vəliyevin səhhəti ilə bağlı nazirlikdə hər hansı məlumat yoxdur:
"Bununla bağlı məlumat hüquq-mühafizə orqanlarındadır. Biz məlumatsızıq”.
Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, iyulun 3-də Elmar Vəliyevi və mühafiəzçisini güllələmiş 1983-cü il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş Rusiya vətəndaşı Yunis Səfərov tutularaq, tərksilah edilib.
Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb.
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27