Səhiyyə komitəsinin iclası keçirilib
Aprelin 25-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Əhliman Əmiraslanov iclasda bir məsələnin - Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəyə çıxarıldığını bildirib. İclasda ölkənin Səhiyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.
Adalet.az xəbər verir ki, qanun layihəsi barədə danışan Əhliman Əmiraslanov sənəddə təklif olunan dəyişiklikləri zəruri edən amillərdən söz açıb, onların əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, dəyişikliklər səhiyyəmizin mühüm sahəsi olan praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin yüksəldilməsi və peşə yararlılığının yoxlanılması işinin təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb. Tibb mütəxəssislərinin peşəkarlığının qiymətləndirilməsinin bəzi aktual məsələlərinə toxunan komitə sədri bu sahədə xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması ilə bağlı fikirlərini bölüşüb. Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, beynəlxalq tibb elminin yenilənən inkişafı nəzərə alınmaqla səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən layihədə 4 hüquqi akta ümumilikdə 34 dəyişiklik təklif olunur.
Qeyd olunub ki, Əmək Məcəlləsinə, “Özəl tibb fəaliyyəti haqqında”, “Dərman vasitələri haqqında” qanunlara ediləcək dəyişikliklər “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklərdən qaynaqlanır. Milli Məclisin şöbə müdiri layihə hazırlanarkən öyrənilən dünya təcrübəsindən söz açıb, qanunvericiliyimizdə ilk dəfə təsbit edilən “Davamlı peşəkar inkişaf (DPİ)” anlayışını, DPİ üzrə minimum kredit ballarının toplanılması mexanizmini şərh edib. O, tibb işçilərinin sertifikasiyası prosesi və qaydalarına təklif olunan yenilikləri və əsas müddəaları təqdim edərkən diqqətə çatdırıb ki, layihəyə əsasən, tibb işçilərinə öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etməyə şərait yaradılır. Yəni onların peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə alternativ DPİ mexanizmi tətbiq olunacaq. Bu məqsədlə də Qanunun 46-cı maddəsinin 3-cü hissəsi yeni redaksiyada verilir.
Bundan başqa, layihədə sertifikasiya prosesinin təkmilləşdirilməsi üçün təklif olunan bir sıra prosedur və terminoloji dəqiqləşdirmələr barədə ətraflı məlumat verən Adil Vəliyev vurğulayıb ki, bu layihənin qəbul edilməsi hər zaman insanların sağlamlığının keşiyində duran həkimlərin və tibb işçilərinin davamlı təhsil yolu ilə inkişaf etmələrinə böyük töhfə olacaq.
Qanun layihəsinin müzakirəsində deputatlar Məlahət İbrahimqızı, Soltan Məmmədov, Pərvanə Vəliyeva, İlham Məmmədov, Kamaləddin Qafarov, Müşfiq Məmmədli çıxış ediblər. Çıxışçılar təklif olunan dəyişikliklərin ölkəmizdə tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasını təmin edəcəyinə, nəticədə, əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə mühüm töhfələr verəcəyinə inamlarını ifadə ediblər. Deputatlar sənəddə əks olunan məsələlərlə bağlı fikirlərini bildiriblər, bəzi qeydlərini səsləndiriblər.
Komitə sədri Əhliman Əmiraslanov, Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova qaldırılan məsələlərə aydınlıq gətiriblər.
İclasa yekun vuran komitə sədri Əhliman Əmiraslanov layihədə nəzərdə tutulan və mütərəqqi müddəalarla zəngin olan tənzimlənmələrin tibb mütəxəssislərinin peşəkar inkişafını stimullaşdırdığını, onların peşəkarlığının yüksəldilməsinə və beynəlxalq peşəkar mühitə inteqrasiyasına hüquqi zəmin yaratdığını vurğulayıb.
Sonda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. İclasda deputat Anatoliy Rafailov və digər rəsmi şəxslər iştirak ediblər.
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

