adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
31 Oktyabr 2022 19:32
1207
LAYİHƏ

Şəhid mayor haqqında filmin  çəkildi: “Xocalını özüm azad edəcəyəm” - VİDEO

Vətən Müharibəsinin şəhidi haqqında film çəkildi.

Adalet.az
xəbər verir ki, tanınmış jurnalist, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri. Səriyyə Cəfərovanın layihəsinin əsasında “Xocalını özüm azad edəcəyəm” adlı film çəkilib. Film Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi Ruslan Cəfərova həsr olunub.
Azərbaycan Respublikasının Qeyri –Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə hazırlanan filmin rejissoru Murad Adiloğlu, redaktoru Fəridə Abuzər, operatoru Müqabil Bəbirxanovdur.


Xatırladaq ki, əslən Xocalı rayonundan olan Ruslan Gündüz oğlu Cəfərov 1976-cı il noyabrın 19-da anadan olub.
Azərbaycan Ordusunun mayoru Ruslan Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Ruslan Cəfərov oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyaban dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Ruslan Cəfərov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti nin akt zalında filmin təqdimatı olub.
Tədbirdə şəhidina ailə üzvləri: Anası Alimə Cəfərova, qardaşı Vətən müharibəsi iştirakçısı Rəşad Cəfərov, Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru Əlövsət Ağalarov, Azərbaycan Respublikasının Media İnkişaf Agentiliyinin şöbə müdürü Natiq Məmmədli,  Azərbaycan Memarlıq və İnşaat Univeristeti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov,  şairə Nazlı Yazar, eyni zamanda universitetin bütün tələbələri iştirak etdi.

Tədbirdə çıxış edən natiqlərin hamısı böyük zəfərimizə görə, şəhidlərimizə, qazilərimizə, döyüşçülərə, eyni zamanda şəhid valideynlərinə borclu olduqlarını bildirdilər. Tələbələrdən Aysel və Muradın müqəddəs şəhidlərimiz haqqında çıxışları alqışlarla müşayət olundu.
Rəsmi açılış və çıxışlardan sonra qonaqlar filmi izlədi.

Qəhrəman mayorun həyat və döyüş yolu ilə bağlı “Xocalını özüm azad edəcəyəm” filmini təqdim edirik:

 

Əntiqə Rəşid