Səfir rektora tar hədiyyə etdi
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Polşanın Poznan şəhərində yerləşən İqnaçı Paderevski adına Musiqi Akademiyasının rektoru xanım Halina Lorkovskaya ilə görüşüb.
Səfirlikdən Adalet.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan - Polşa əlaqələri tarixindən və Azərbaycan musiqi mədəniyyətindən danışılıb. Səfir Həsən Həsənov Azərbaycanın dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən musiqimizin çoxəsrlik ənənələrinin olduğunu diqqətə çatdırıb. Həsən Həsənov Poznan Musiqi Akademiyasına Azərbaycan tarı hədiyyə edib. Akademiyanın rektoru xanım Halina Lorkovskaya hədiyyəyə görə təşəkkür edib və Azərbaycan tarının Akademiyanın foyesində yerləşən musiqi alətləri sərgisində yer alacağını bildirib.
Görüşdə 2015-ci ilin oktyabr ayında Poznan Musiqi Akademiyasında Azərbaycan Musiqisi Günün keçirilməsi razılaşdırılıb.
Digər Xəbərlər
04 May 2024 10:00
Estoniya parlamentində qalmaqal: Deputat cinsi təcavüzdə ittiham olunur
04 May 2024 09:19Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”
04 May 2024 09:10Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi
03 May 2024 22:37Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32