Səfər qələbəsi “Traktor”u çempionluğa yaxınlaşdırdı
Təbrizin “Traktor” klubu İran çempionatının XXII turundan təxirə salınmış oyunda səfərdə “Fulad” üzərində 2:1 hesablı qələbə qazanıb.
Adalet.az xəbər verir ki, Əhvaz şəhərində keçirilən oyunda ilk qolu 46-cı dəqiqədə "Traktor"un xorvatiyalı hücumçusu Domaqoy Drozdek vurub.
Qarşılaşma nəzərdə tutulandan xeyli çox davam edib. Oyunun 90+20-ci (!) dəqiqəsində meydan sahibləri bərabərlik qolunu vurub. 90+23-cü dəqiqədə isə Mehdi Hashemnejad “Traktor”u qələbəyə daşıyıb.
Vacib səfər qələbəsi Cənubi Azərbaycan klubunu çempionluğa bir qədər də yaxınlaşdırıb. Liderliyini möhkəmləndirən “Traktor” sona 3 tur qalmış 61 xalla ən yaxın rəqibi “Sepahan”ı 5 xal geridə qoyub.
Qeyd edək ki, “Traktor” tarixində heç vaxt İran çempionu ola bilməyib.
Digər Xəbərlər
24 Iyun 2026 18:26
Bellingem Runinin rekordunu yenilədi
24 Iyun 2026 17:36
“Neftçi” müdafiəçi transfer etdi
24 Iyun 2026 17:12
Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?
24 Iyun 2026 16:38
Etibar Əliyev: "Türkiyə futbol oynaya bilmir"
24 Iyun 2026 16:22
Bu gecə Braziliya oynayır - 3-cü tur başlayır
24 Iyun 2026 12:00
Ronaldo Messinin adını çəkən jurnalistə belə reaksiya verdi - VİDEO
24 Iyun 2026 10:17
Kolumbiya Konqonu məğlub edib pley-off-a yüksəldi
24 Iyun 2026 09:21


Bakı -°C

