Sədr saxta diplom məsələsinə aydınlıq gətirdi
"Əvvəllər şəhadətnamələr kağız daşıyıcıda təqdim olunurdu. Son bir neçə ildir ki, bu sənədlər elektron formada verilir. Eyni zamanda, son illərdə aparılan rəqəmsallaşma siyasəti fonunda “myGov”a sənədi yerləşdirməsi vaxtı araşdırılır. Və araşdırma zamanı saxtalaşdırma hallarının şahidi oluruq".
Adalet.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
O qeyd edib ki, bəzi vətəndaşlarımız müraciət edərək bildirirlər ki, şəhadətnamələri şəxsi kabinetdə əks olunmur: "Araşdırmalar nəticəsində isə məlum olur ki, təqdim edilən sənəd saxtadır. Saxta diplomlar illər əvvəl müəyyən şəxslər tərəfindən təqdim olunub.Nəticədə vətəndaş bu prosesin qurbanına çevrilib. Biz bu halları araşdırırıq və çox vaxt belə sənədlərin saxta olduğu tərəfimizdən müəyyən edilir. Bu baxımdan, rəqəmsallaşma saxta diplom və şəhadətnamələrin üzə çıxarılmasına və bu cür halların qarşısının alınmasına dəstək verir", - agentlik sədri bildirib.
Digər Xəbərlər
13 Iyul 2026 12:40
Pensiyalar sabah ödəniləcək
13 Iyul 2026 12:25
Rusiyanın səhiyyə naziri Azərbaycana gəlib
13 Iyul 2026 11:06
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
13 Iyul 2026 10:25
Keçmiş məcburi köçkünlər qeydiyyatda olmadıqları rayonlara köçürülür? - VİDEO
12 Iyul 2026 12:35
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
11 Iyul 2026 18:31
Prezidentin sosial media hesabında Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb
11 Iyul 2026 18:15
İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - FOTOLAR
11 Iyul 2026 16:20


Bakı -°C

