adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Iyul 2022 12:36
995
ŞOU-BİZNES

Seda Sayan qaynanasının və qaynatasının əlini öpməyə getdi - FOTO

8-ci dəfə telli- duvaqlı gəlin olan türkiyəli müğənni Seda Sayan özündən 25 yaş kiçik Çağlar Öktenlə evləndiyini sonra bal ayına çıxdığı haqqında məlumat vermişdik.

Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Seda Sayan yay tətilindən istifadə edərək toyunda iştirak edə bilməyən qayınana və qayınatasının əlini öpmək üçün Mersinə gedib. Mersində həyat yoldaşının ailəsini ziyarət edən Sayan özündən 5 yaş böyük olduğu iddia edilən qayınanası ilə ilk fotosunu da yayıb. Estetikası ilə yaşıdlarına meydan oxuyan Sayan qayınanası ilə verdiyi poza "Canım Hicom" qeydini atıb.

Qeyd edək ki, Türkiyə mediası xəbər verib ki, müğənni Seda Sayan həyat yoldaşı Çağlar Öktenlə birgə estetik əməliyyat etdirib.

İfaçı əməliyyatla silikonlarını dəyişdirib. Çağlar isə yeni saç əkdirib. O, xəstəxanadan olan görüntüləri paylaşaraq yaxşı olduqlarını yazmışdı.

Əntiqə Rəşid