adalet.az header logo
  • Bakı -°C
01 Dekabr 2025 17:51
58
İDMAN
A- A+

Seçmə mərhələ: Azərbaycan millisi sonuncu oyunda məğlub oldu

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.

Adalet.az  xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma Şimali Makedoniyanın Strumitsa şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Kukus” stadionunda keçirilən görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi daha əvvəl Şimali Makedoniyaya 0:3, Sloveniyaya isə 0:2 hesabı ilə məğlub olub.