Seçkilərin demokratik keçirilməsi üçün bütün şərait yaradılıb
Xəbər verdiyimiz kimi, 2024-cü ilin 1 sentyabr tarixində Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Bu seçkilər 32 ildən sonra, ilk dəfə olaraq Respublikamızın işğaldan azad edilmiş bütün ərazilərində, 125 dairədə keçiriləcək.
Mərkəzi Seçki Komissiyası seçkilərin azad, demokratik şəraitdə keçirilməsi üçün bütün işləri başa çatdırıb. Artıq Milli Məclisə deputatlığa namizədlərin sənədlərinin qeydiyyata alınması prossesi davam etdirilir.
Sevindirici haldır ki, Respublikada fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti bu seçkilərin demokratik və şəffaf keçiriləcəyinə inananaraq, çox aktiv şəkildə seçkilərə qoşulublar. Müxalifət partiyalarının namizədlərinin qeydə alınması prosesində bu günədək hər hansı bir problem qeydə alınmayıb.
İşğaldan azad edilmiş ərazilərdə, Şuşada, Xankəndində, Laçında, Xocalıda, Füzulidə, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Xocavənddə və s. ərazilərdə yaşayan və bərpa-quruculuq işlərində çalışan vətəndaşlarımızın seçkilərdə fəal və maniəsiz iştirakını təmin etmək məqsədiylə müvafiq seçki məntəqələri fəaliyyət göstərir. Seçicilərin demokratik və şəffaf şəraitdə səs vermələri üçün şəraitlər yaradılıb.
Bundan başqa, Respublikamızda ilk dəfə olaraq Milli Məclisə seçkilərlə bağlı "ASAN xidmət" mərkəzində innovativ layihə istifadəyə verilib. İnnovativ həll Mərkəzi Seçki Kommissiyası və "ASAN xidmət" birgə layihəsi çərçivəsində həyata keçirilir. 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə vətəndaşların səsvermə hüquqlarının daha səmərəli təmin edilməsi üçün "ASAN xidmət" mərkızində mütərəqqi və effektiv bir vasitənin tədbiqi fəaliyyətə başlayıb.
Vətəndaşlar Mərkəzlərdə olan "ASAN növbə" terminalındakı "Seçici statusunu yoxla" adlı funksional bölmədə şəxsiyyət vəsiqələrini oxudaraq öz adlarını seçici siyahılarında yoxlaya, habelə aid olduqları seçki dairəsi və məntəqəsini müəyyənləşdirə bilərlər.
Rüstəm Hacıyev
Digər Xəbərlər
15 Iyul 2026 11:44
Slovakiya Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
15 Iyul 2026 11:42
“Qərəzli kampaniyaların heç bir nəticə vermədi”
15 Iyul 2026 11:34
Birol Akgün İlham Əliyevə təşəkkür etdi
15 Iyul 2026 11:15
“Ermənistan bu geosiyasi strategiyada Fransa üçün daha münasib tərəfdaş kimi görünür”
15 Iyul 2026 10:59
Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində oldu - FOTO
15 Iyul 2026 10:49
Şuşadan dünyaya ortaq gələcək mesajları: Azərbaycan yeni geosiyasi reallıqların mərkəzində
15 Iyul 2026 10:46
İlham Əliyev Ərdoğana başsağlığı verdi
15 Iyul 2026 10:40


Bakı -°C

