adalet.az header logo
  • Bakı -°C
09 Fevral 2026 13:54
77
ŞOU-BİZNES
A- A+

Şəbnəm Tovuzlu: “Bunu ancaq psixoloji  problemi olan adam edər”

Şəbnəm Tovuzlu bir neçə gün əvvəl “Rəngarəng” proqramında aparıcı Zaur Nəbioğlu ilə qalmaqal yaşayıb.

Bu barədə  Adalet.az-a açıqlama verən müğənni  Şəbnəm Tovuzlu haqsızlıqla üzləşdiyi üçün  səhnəni tərk etdiyini söyləyib:

“Bilirsiniz, müğənni efirə dəvət alanda ilk orda hansı mahnını ifa etməyi düşünür. Ancaq efir zamanın görürsən ki, heç nə sən düşündüyün kimi deyil. Sənət qalır bir kənarda başlayırlar ya həmkarları müqayisə etməyə, ya da şəxsi suallar verməyə. Sonra da deyirlər ki, qalmaqallı müğənniyəm.  Kim öz- özünə dalaşar?! Bunu ancaq psixoloji  problemi olan adam edər. Efirdə yersiz suallar, mənasız fikirlər əlbəttə adamı özündən çıxarır.  Məcbursan aqressiv cavab verəsən. Zaur dostumuzdur, amma mənimlə belə davranması heç xoş hal deyil”.

Əntiqə Kərimzadə