adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Dekabr 2019 10:16
82048
ŞOU-BİZNES

“Saxta müğənni, saxta alim”- Lalə Məmmədova od püskürdü

Müşahidələrimizə görə, son günlərmüğənnilər arasında qalmaqallarda ən çoxadı hallananlardan biri də əməkdarartist Lalə Məmmədovadı. Onun iki il əvvəlmüğənni Afaq Aslanla, eyni zamanda eks həyat yoldaşı İlham Qafarovlagündəmi məşğul edən qalmaqalları təzəcə səngidiyi bir vaxtda, həmkarları ilə yenidənbaşı ”dərd”ə girib.

Vaxtı ilə müxbirin "Lalə xanım,siz Brilliant xanıma çox oxşayırsınız”-sözünə müğənni "O, mənim anamyaşındadı" deməklə " xalq artisti ilə arasında ”soyuq müharibəninbaşlanmasına səbəb olmuşdur. Ötən gün Lalə- Brilliant arasında "buzlar” yenidənsərtləşib. Belə ki, Lalə xanımı bir tədbirdə görən xalq artisti onun salamınacavab vermiş, amma aparıcıya Laləni təxminəntanımadığını söyləmişdi. L. Məmmədova həmkarının bu cavabına əsəbləşmişdi:”Amma qarşı tərəfə ünvanıma dediklərini yaraşdırmadım. Daha müdrik cavab verərdi.Mənə demişdi ki, onun anası yaşındayamsa, mənim nənəmə oxşayır. Sənətkarolaraq, çox yüksəklərdədir. Ondan gözləmirdim. Ondan əvvəl harda görürdüm,qabağına qaçırdım. Bacıları ilə də münasibətim var idi.



Birdəfə tədbirdə idik. Orada ona sual verdilər: Lalə Məmmədovasizin qohumunuzdur? Qayıtdıki, o, kimdir? Aparıcı dedi, "Məktəb illəri". Dedi, yaxşı mahnıdır.Necə bunu deyə bilərdi? Sənətkardır, amma bu, o demək deyil ki, nə gəldi desin.Efirdə çıxıb yaşlı-başlı sənətkarlar "mən-mən" deməməlidir".



Bu qalmaqaldan əvvəl isə Lalə xanımın adı "Kərim-Elçin”olayında hallandı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru ElçinƏlibəyli Kərimin rüsvayedici açıqlamasına cavab verərkənL.Məmmədovanıda ağır sözlərlə təhqir etdi: "Bir arvad var e, "Məktəb illəri”ndə ilişibqalan, bu, onun ayaqlarını yuyur. Guya Elmlər namizədidir, heç elmi işprosesindən belə xəbəri yoxdur. Saxta Elmlər namizədi – Lalə Məmmədova. Əvvəlİlhamənin iti idi, indi bunun itidir. Gedib ayrı yerdə hürsün. Mənim ünvanımahürsə, onun ağzını qulağının dibinə qədər cıracam. Məni bu həddəçatdırmasınlar”.



Buaçıqlaması ilə ürəyi soyumayan teleaparıcı yenidən dilə gəldi:” Birivar,həm müğənnidir, həm alim.İnsan hər gün toydadır, mahnı yazdırır, klip çəkdirir,uşaq böyüdür, boşanmağa da vaxt tapır, üstəlik, elmi məqalalələr də yazıb elmlərnamizədliyini müdafiə edib. Bütün bunları necə çatdırıb, bilmirəm. Saxta müğənniolduğu kimi, saxta alimdir və saxta da fikirlər söyləyir.

Ümumiyyətlə,bütün yaradıcılığı "kserokopiya”dan ibarətdir. Azərbaycanın çox məşhur müğənnisinin,böyük sənətkarının oxşarıdır. Ooxuyanda hamıya elə gəlir ki, başqasıoxuyur”.

Əməkdarartist cavab "atəşi " nə gec başlasa da, güclü başladı


"Əgərmənimelmi fəaliyyətim kölgə və şübhə altındadırsa, Elmlər Akademiyasında hər şey dəqiqlikləqeyd olunur,araşdırabilərlər.Qaldı ki ailəmin dağılmasına,heç kim bu hadisədən sığortalı deyil. Onu deyən insanın ailəsi də dağılıb.Sadəcə,qarşımdakıbu sözü deyən insanın əks cinsin nümayəndəsi olduğunubiləndəbaşımı yellədim. Qadınla kəllə-kəlləyə gəlibqorxacaqdınsa,bu sözləriniyə deyirdin? Kişiyə yaraşan sözlər deyil. O insanın da şəxsi həyatı, elminailiyyəti var.Mən ona cavab verməyiözümə rəva bilmədim. Əgər mən,həqiqətən də, kiminsə "kopyası” idimsə, o zaman niyə məni öz toyuna dəvətetmişdin?”



Görünən odur ki, əməkdar artist Lalə Məmmədovanın qarşısındantez-tez qara pişik keçir ki, hər addımda onunla qalmaqallar yaşanır.

Əntiqə Rəşid