Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Adalet.az xəbər verir ki, dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcəkdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı ötən ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin yekunlarına əsasən əldə edilmiş razılıqların praktiki reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
“İqtisadi kooperasiya ili” çərçivəsində həyata keçirilmiş səmərəli iş məmnunluqla qeyd olunub.
İlin əvvəlindən əmtəə dövriyyəsinin 20 faiz artdığı, maşınqayırma, tekstil, elektrotexnika, enerji, aqrar, turizm və bir çox digər sahələrdə icra olunan layihələrin aktiv fazada olduğu, birgə zəngin mədəni-humanitar mübadilə proqramının həyata keçirildiyi bildirilib.
Bu il yüksək səviyyə nəzərdə tutulan sammitlərə, həmçinin hökumətlərarası komissiyanın növbəti iclasına, regionların və rektorların forumuna, mədəniyyət tədbirlərinə hərtərəfli hazırlığın vacibliyi vurğulanıb.
Azərbaycan və Özbəkistan prezidentləri, həmçinin regional gündəliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb, qarşıdan gələn çoxtərəfli tədbirləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
Digər Xəbərlər
12 Oktyabr 2026 10:40
İlham Əliyev Kambocanın Baş nazirini qarşıladı
10 Oktyabr 2026 16:10
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
10 Oktyabr 2026 15:54
Kadırov Prezidentlə AZAL-ın qəzaya düşən təyyarəsindən danışdı - “Ortaq kədərimizdir”
10 Oktyabr 2026 15:28
Şahbaz Şərif İlham Əliyevdən “ASAN xidmət”lə bağlı dəstək istədi
10 Oktyabr 2026 14:01
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
10 Oktyabr 2026 12:36
Azərbaycanda LGBT-nin təbliğatını qadağan edən qanun qəbul olunur
10 Oktyabr 2026 12:35
“Tramp mövcud siyasəti ilə nə İran, nə də Ukrayna problemini həll edə biləcək”
10 Oktyabr 2026 11:46


Bakı -°C

