adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Aprel 2018 11:04
16617
ƏDƏBİYYAT

Savadsız dahilər – bu yazarların əlyazmaları səhvlərlə dolu olub

Özünə ziyalı deyən insanın yazı üslübu, ən vacibi isə yazıqaydalarını bilməsi mütləqdir. Qrammatik qaydalara məhəl qoymayan, yaxud daonlardan anlayışı olmayan birinin "ziya”sı işıqlandırmaz. Amma istər ədəbiyyat,elm adamları, istərsə də tanıyıb-bildiyiklərimiz arasında yazı-pozusu korrektəsiz-redaktəsiz"həzm olunmayan”lar çox olur. Bəlkə də müasir insan bunu "mexaniki klaviatura səhvləri”adı altında ört-basdır edə bilər. Amma daha öncəki nəsil xəttatlığı, düzgünyazı qaydaları, qrammatik bilgiləri ilə öyünüb. Təbii ki, bunu hər kəsə aid etməkolmaz. Yazı səhvlərindən qaça bilməyən insanlar həmişə olub, ancaq ədəbiyyatdahilərinin qrammatik səhvlərlə zəngin yaradıcılığı istər-istəməz insana təəccüblügəlir. Qalibləri deyə bilmərəm, amma dahilər də mühakimə olunmalıdır. Görək, əsərlərisəhvlərlə aşıb-daşan dahilər kimlərdir?

Çox təəccüblənəcəksiniz, amma ilk sırada poeziyanın günəşi Aleksandr Puşkin dayanır. Rus ədəbiyyatıilə yanaşı onun dilini, orfoqrafiyasını formalaşdıran Puşkinin təkcə "YevgeniOnegin”ində çoxsaylı səhvləri var. Amma dilçilər bunu başqa cür izah edirlər:dil qaydalarını tərtib edən Puşkin belə yanlışa biixtiyar yol verə bilməzdi. O,sadəcə xalq dilində yazdığı üçün, hər təbəqədən olan insanların anlaması vəonun əsərlərini qəbul etməsi üçün belə yazırdı. Məsələn, "kənd” yerinə "kənt”,"kötük” yerinə "kötüy” yazmaqla birbaşa xalqın danışıq dilinə müraciət edirdi.

Hans Xristian Andersen – dünya şöhrətli nağılçını tanımayan, oxumayan çətintapılar. Amma bu yazarın qələmindən çıxan nağılları normal hala gətirmək üçünbir yox, bir neçə redaktor və korrektor heyəti çalışırmış. Onun əlyazmalarınısıravi oxucuya, hətta məktəbliyə göstərsəydin, yəqin ki, yazıçıya barmaqarasıbaxardı.

Ceyn Osten – realizm cərəyanının ilk qaranquşu! BöyükBritaniyanın ən tanınmış yazarlarından biri, satirik. Amma bu xanımınistedadına həmişə qrammatik bilgiləri kölgə salıb. Təbii ki, "Qürur və qərəz”kimi əsəri oxuyub, zövq alan sıravi oxucu bu səhvləri görmürdü. Çünkiyazıçıların əlyazmaları deyil, redaktə olunmuş əsərləri çapdan çıxır. Amma Osteninəsərlərini gözdən keçirən redaktor və korrektorların anadan əmdikləri südburunlarından gəlirdi.

Vladimir Mayakovski – bu böyük şairin dərdi nöqtə-vergüllə imiş.Ümumiyyətlə durğu işarələrinin işlənmə yerini yazıçı ömrünün sonuna qədəranlaya bilməyib. Özü də bunu dəfələrlə etiraf edib, həm də gileylənməklə özünüdaha da savadsız duruma salıb: "Axı bu nöqtə-vergül nəyə lazımdır ki? Ona vaxtayırmaqla nə yazaçağımı unuduram...”. Şairin korrektəyə pulu olmadığına görə əvvəllərşeirləri elə durğu işarələri olmadan çap olunurmuş. 1916-cı ildən etibarən isəona dostu və arvadını bölüşdüyü Osip Brik (şairin sevgilisi Lilya Brikin əri)kömək edirmiş.

Aqata Kristinin də eynən Mayakovski kimi durğu işarələri başı bəladaimiş. Dedektiv kraliçası hadisələrin düyünlərini məharətlə bağlayıb-çözsə də,durğu işarələrinin harda işlənəcəyindən xəbərsizmiş. Bundan başqa, ingilisdilində bir səsi əmələ gətirən hərf birləşmələrini də doğru-dürüst bilmirmiş. Həttaöz adındakı "th” (ing. Agatha) birləşməsindəki "t” hərfini əvvəllər yazmırmış,ta irad tutulandan sonra səhvini düzəldə bilib.

Ernest Hemunquey isə təkəbbüründən yazılarına diqqət etməyib. Onaqrammatik, orfoqrafik səhvləri irad tutanda deyərmiş ki, "Səhvləri düzəltməküçün maaş alan içşilər var. Mənim işim yazıb-yaratmaqdır”.

Şəfiqə ŞƏFA