adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Aprel 2024 14:11
2166
MƏDƏNİYYƏT

"Savadlı jurnalistlərimiz qapı arxasında qalıblar"

"Heç bir jurnalistika təhsili olmayan mavi ekran mistik bir qüvvənin tilsiminə düşüb, daha da maviləşir. 

Əlinə "qeyrət", "namus", bayrağını alaraq, verilişində özünü topluma teatrşünas, sənətşünas, musiqişünas kimi sırıyırlar".

Adalet.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkə hesabında yazıb. Aktrisa telekanallardan, aparıcılardan şikayətlənənlər siyahısına daxil olub:

"İstəyir söz atır, istəyir təhqir edir, istəyir söyüş söyür. Üz-üzə gələndə isə dediyi sözü danar. "Demokratiya" sözünün mənasını anlamayan, mövzuya heç bir aiddiyatı olmayanda belə bağıraraq, bunu insanların gözünə soxmağa çalışan, savadsız. "Makaron", 1-2 kiloqram ət paylayıb, özünü bununla gözə soxmağa çalışan fırıldaq. Görəsən, kimdir belələrinə səlahiyyət verən? Kimdir belələrinin arxasında duranlar? Bəli, siz bu gün kimlərinsə hesabına karyera qura, bahalı maşınlar sürə, evlərdə yaşaya, arxalı dayılar qazana bilərsiniz. Amma tarixdə və insanların yaddaşında siz elə başqa cür həkk olunacaqsınız. Onları efirdən qovmaq lazımdır".

 

Emin