Satış məqsədilə evində narkotik vasitələr saxlayan şəxs həbs edildi - VİDEO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum edilmiş İlham Mahatov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a bildirilib ki, ondan 2 kiloqram 130 qram marixuana, 500 qram heroin və 3000-dən artıq metadon həbi aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə yaşadığı ünvanda saxladığı müəyyən edilib.
Məhkəmənin qərarı ilə İ.Mahatov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
24 Avqust 2026 17:00
DİN əməliyyat keçirib, 116 kiloqram narkotik aşkarlanıb - VİDEO
22 Avqust 2026 11:38
Polis avtomat, qumbara və tüfənglər aşkarladı
21 Avqust 2026 15:59
Kiberpolis əməliyyat keçirdi - Elcan Cəfərov saxlanıldı - VİDEO
21 Avqust 2026 11:08
Su Polisi ƏMƏLİYYAT keçirdi
20 Avqust 2026 09:56
17 il axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dən xüsusi əməliyyat
19 Avqust 2026 17:34
Bakıya gələnlərə bağlamalar payladılar - Qəbul edən şəxs saxlanıldı
19 Avqust 2026 16:31
DİN əhaliyə MÜRACİƏT ETDİ: Kiberdələduzluq halları...
19 Avqust 2026 16:12


Bakı -°C

