adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Mart 2018 16:52
15488
SİYASƏT

Sarkisyanların yerini dəyişəndə….

Ermənistanda yeni prezident seçilib. Əslində yeni deyil. Sarkisyanınbiri gedib yerinə başqa Sarkisyan gəlib. Uzun sözün qısası növbəti Sarkisyanla Dağlıq Qarabağ münaqişəsininhəllinin nə qədər yaxın və ya uzaq olacağı sual altındadır. Əsas məsələ odurki, yeni president Serjikdən fərqli olaraq beynəlxalq qurumlarda Ermənistanı təmsiledib və uzun müddət diplomat işləyib.

Politoloq Nəzakət Məmmədova Ermənistanda president dəyişiminə münasibətbildirib. Qeyd edib ki, Sarkisyanların yerini dəyişsə də Ermənistan siyasətindəəsaslı dəyişik gözləmək olmaz: "Baxmayaraq ki, yeni Sarkisyan həm Rusiyada, həmAvropada geniş əlaqələri olan biznesmen, diplomat və keçmiş elm adamıdır.İkinci Sarkisyanı hakimiyyətə gətirən nə oldu? Artıq mənfur xalqın geninəhopmuş və yaşamaq uğrunda mübarizədə əsas prinsipinə çevrilmiş şəraitə uyğundüşünmə qabiliyyəti və hiyləgərlik. Görəndə ki, barbar təfəkkürlü və nimdaşgörkəmli Serj Sarkisyan ölkənin imicinə xələl gətirir, ölkə hər sahədəuduza-uduza gedir, kor tutduğundan yapışan kimi o və komandası Qarabağkartından yapışıb ermənilərin gözünə kül üfürməklə məşğul olurlar, dərhal səlahiyyətləricüzi olan, amma ölkəni beynəlxalq aləmdə ondan daha yaxsi təmsil edə bilənArmen Sarkisyanı prezident seçdilər. 

Onun geniş əlaqələri, elmi dərəcəsi var,xarici dildə danışır, beynəlxalq diplomatik protokol və nəzakət qaydalarınıbilir və s. Yerevan Universitetinin filologiya fakultəsini 8 ilə güc bəla iləbitirmiş, çilingər, Qarabağda vuruşan quldurbaşı Serjdən fərqli olaraq ArmenYerevanda şəhər mühitində böyümüş, akademik fəaliyyəti olan adamdır. Onlar özlərinəgörüntü üçün belə prezident seçməklə sivil dövlət imicini qazanmaq, rusiyapərəstSerj Sarkisyana balans yaradan Avropa təfəkkürlü prezidenti olan demokratiyayameylli dövlət imici formalaşdırmaq qərarına gəldilər. Baxmayaraq ki, yeniprezident etiraf edib ki, o, sovet dövrünün yetirməsidir və sovet adamıdır. Gələkbizlərə. Ermənistanın bu taktikasının qarşısında biz nə etməliyik?! İsrailin hərbidoktrinası da əsas prinsip budur: İsrail dövlətinin hərbi gücü ən pis halda ərəbölkələrinin birlikdə götürülmüş gücünə bərabər olmalı, ən yaxşı halda onlarıüstələməlidir. Azərbaycanın taktikası da minimum düşmən ölkənin taktikası səviyyəsindəolmalı, idelada isə onu qat-qat üstələməlidir”.

Ermənistanı dünyada biabırçılıqdanqurtarmaq üçün…

Politoloq onuda bildirib ki, qələbə istəyiriksə yolun yarısında dayanmaq olmaz: "Biz erməniləri1993-cü ildən bəri - Ümummili Liderimizin hakimiyyətə gəlməsindən bu tərəfəolan dövrdə üstələmişik. 25 ildir ki, irəlidəyik. Həmin dövrdən bəri Ermənistanın4 prezidenti olub - Ter Petrosyan, Koçaryan və Sarkisyanlar. Lakin buprezidentlər Miatsumun nəticəsindən doğan status kvonu birtəhər saxlasalar da,onlar Ermənistan və Spryük - diaspora erməniləri arasında təfriqəni aradanqaldıra bilmədilər. Əksinə, daha da dərinləşdirdilər. Xüsusilə, diasporaRusiyanın təyin etdiyi prezidentləri qəbul etmir. Ter Petrosyanı isə Ermənistandaqəbul etmirdilər, çünki o, diaspora - Livandan gəlmə erməni idi. Koçaryanı vəSerj Sarkisyanı da nə Ermənistan əhalisi, nə diaspora qəbul etmirdilər. Dahadoğrusu yad ünsür kimi qəbul edirdilər. Çunki Qarabağ ermənisi idilər və həttaKoçaryan erməni yox, alban əsilli olduğunu demişdi. Diaspora onları plebey kimiqəbul ediblər. Nəhayət, Azərbaycanın nəinki musiqisini, dilindəki sözləri, mətbəxini,eləcə də hər nə qədər etiraf etməsələr də siyasi mədəniyyətini və taktikasını mənimsəyən,bir sözlə Azərbaycanın nimdaş ayaqqabılarını geyinib yerişini yeriməyə çalışanermənilər öz hazırkı vəziyyətlərini Azərbaycanla müqayisə edərək və geeidəqaldıqlarını görərək yığışıb tədbir töküb belə qərara gəlmişlər ki, Ermənistanıdünyada biabırçılıqdan qurtarmaq üçün formal da olsa Avropada əlaqələri olanbir prezidentə ehtiyacı var. Bu rola isə artıq taxtına köhnə prezident SerjSarkisyanın kölgəsi düşən Armen Sarkisyanı məqsədəuyğun bilmişlər”.

Təzad ondadır ki…

N.Məmmədovaonu da bildirib ki, Azərbaycanın hazırkı prezidentinin yenidən seçilərəkqarşıdakı 7 ildə regionun lider dövlətinə başçılıq etmək şansının yüksəkolduğunu düşünən ermənilər çoxdan bizə ayaq uydurmağa çalışırlar: "AzərbaycanınBritaniya ilə "Əsrin müqaviləsi" çərçivəsində enerji əməkdaşlığındanirəli gələn ölkəmizə siyasi dəstəyinin artdığını, İngiltərədə dövlət içindədövlət olan BP-nin siyasi məsələlərdə də Azərbaycanın lobbiçiliyini yürütdüyünügörərək ermənilər Amulsar qızıl mədənlərində Britaniya kral ailəsinə də payayırmağa tələsdilər. Azəri, Çıraq, Günəşlidəki "qara qızıl"aAmulsardakı sarı qızılla cavab verməyə çalışaraq, Azərbaycanla bəhsə girərək Xəzərkürüsünə alternativ olmasa da, Göyçə gölü yaxınlığında və işğal olunmuş ərazilərimizdəMatagis vətəgələri yaradıb qara kürü istehsalına çalışdılar. Hətta bunun üçünisveçrəli saatsaz milyarder Sermakeşi də bu işə sərmayə yatırmağa təşviq etdilər.Lakin nəyə əl atdılarsa, atsınlar Azərbaycan öndədir. Biz Bakı-Qars sürətqatarına minib Çindən vurub Londondan çıxacağımız halda, onlar Rusiyaya belə çatabilmirlər, Gürcüstsnla sərhəddə Yuxarı Lars yolunda ilişib qalıblar. Naxçıvanınblokadasına, Qarabağın işğalına qarşılıq olaraq Ermənistan özlərinin dediyikimi minillik yolların üstündə oturub həsədlə ətrafa boylanan kor bayquş kimiBakı-Tbilisi-Qars qatarının dalınca baxmağa məcbur olublar. Çünki İlham Əliyevqətiyyətlə Ermənistanı Qədim İpək Yolunun dəmir magistrallar üzərindəki bərpası-Bakı-Qarsdan çox çox uzaqlara atıb. Təzad ondadır ki, Ermənistan Avropa Birliyiilə tərəfdaşlıq sazişi bağlayıb, amma Avrasiyanın ən mühüm layihəsindən kənardaqalıb. Avropanin qapısını döyəndə Avropa Birliyi ona münaqişələrin ancaq ərazibütövlüyü çərçivəsində həllinin mümkünlüyünü göstərən Bəyanatı onun üzünəçırpıb. Bunu Azərbaycan diplomatiyası bir liderin-dünyanın superdövlətininnüfuzlu diplomatiya məktəbinin yetirməsi olan İlham Əliyevin sayəsində bacarıb.Milyardlarla dollar vəsaitə malik olan, nüfuzlu siyasi dairələrdə - Ağ Ev,Kapitoli, Yelisey sarayı, Kreml, bir sözlə, Şərqdə, Qərbdə, hər yerdə geniş əlaqələriolan erməni lobbisini və onlarla yaxın əlaqələri olan güc mərkəzləriniqarşısına alaraq bunu bacarıb. Dünya siyasətinin ən mürəkkəb istiqaməti enerji əməkdaşlığıdır.Dünyadakı bütün münaqişələrdə bunun təsirini görürük.

Gəmininkapitanını dəyişməzlər

Azərbaycan isə taleyin hökmü ilə müasirdünyada ən həssas xüsusiyyətləri özündə birləşdirir - enerji ölkəsi, müsəlmanölkəsi, kommunist formasiyasından çıxan ölkə, münaqişə tərəfi olan ölkə, türk vəşiə mədəniyyətinin olduğu ölkə və s. Şimalı Rusiya, cənubu İran, bir tərəfi MərkəziAsiya çölləri olan, ərazisindən beynəlxalq magistrallar keçən ölkə. Sanki ətrafınabakir çəlləyi düzülüb və bir fitil kifayətdir ki, bu çəlləklər alovlana və bizəsıçraya. Sanki ölkə təlatümlü bir dənizdə yırğalanan gəmidir. Bir qisim sərnişinisə başqa bir sahilə qaçıb gəmidəkilərə deyir ki, nə durmusunuz, od vurun bu gəmiyə.Ya batarsınız, ya xilas olarsınız. Bizim olduğumuz "Avropa" gəmisindənsizə xilasedici jilet atacaqlar. Amma çalışın o vaxta kimi batmayın, salamatqalın. Ağıllı sərnisinlər nə etməlidir?! Gəmiyə od vurmalı, yoxsa təxribatçılarauymayıb kapitana dəstək olmalıdır?! Halbuki o təxribatçılar özləri siçovul kimigəmini tərk edib qaçmışlar. Təlatümlü dənizdə, hazırkı mürəkkəb dünya siyasətindəyırğalanan gəminin kapitanını dəyişməzlər”.


Ədil Ədilzadə