adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Mart 2017 13:19
158874
RUBRİKA

Sarı Şəmistan niyə güllələndi? – 37-nin daha bir cavabsız sualı

Mircəfər Bağırov və Şəmistan Əyyubov(Sarı Şəmistan) fəhlə və kəndçi sinfini müdafiə edən inqilabçılar olub. Təbii ki, bu, əvvəl beləidi. Daha sonra arada əqidə dəyişikliyimi baş verib, yoxsa başqa səbəblərdənmi,biri o birinin "qurban”ına çevrilib.

Mircəfər Bağırovu tanımayan çox az insan tapılar. Apardığım sorğuda buinsan haqqında fərqli qütblərə rast gəldim. Qızğın debatlar gedirdi, MikayılMuşfiq, Əhməd Cavad, Mikayıl Rəfili, Qantəmir müzakirə olunurdu. Soruşanda ki,bəs Sarı Şəmistan? Bir cavab gəlmədi. Deyəsən, onun haqqında məlumatı olanyoxdur.

ŞəmistanMahmud oğlu Əyyubov 1895-ci ildə Qazax qəzasının Dağ Kəsəmən kəndində əkinçiailəsində dünyaya gəlib. Vaqif Səmədoğlunun atasının "Komsomol” poemasıəsasında ssenariləşdirdiyi "7 oğul istərəm” filminə diqqətlə baxanlar üçün əsasqəhrəmanın - Bəxtiyarın Sarı Şəmistanın sağ əli olduğunu anlamaq elə də çətindeyil. Onun Bəxtiyara yazdığı məktubda "Şahsuvara, Qasıma, Cəlala, Mirpaşaya, Qəzənfərə,Zalımoğluna məndən salam de!” cümləsini işlətməsi Bəxtiyara etibarını təcəssümetdirir. Yəni bu məktubu Bəxtiyar oxuyubsa, deməli onun arxasında dayanan 6oğul hələ yaşayır. Sarı Şəmistanın adı gələndə Gəray bəyindən tutmuş, XalqKomissarları Şurasının işlər idarəsindəki nümayəndələrinə kimi hamı qorxuyadüşürdü. Çünki Şəmistan Əyyubov sosial bərabərliyin və ədalətin simvolunaçevrilmişdi. Bu, isə bəzi qara qüvvələrə sərf eləmirdi. Əlini-qolunu sallayaraqazadlıqda gəzən cinayətkarları "içəri” atdıran, geri qayıtsalar belə yenəfikrindən dönməyən, haqsız yerə məhbusluqda yatan şəxsləri azadlığa çıxaranbiri idi. Sarı Şəmistan təsərüfat işləri ilə də dərindən maraqlanan insan olub.Hətta "Komsomol” ssenarisində yazın gəlişi ilə bağlı əkin-biçin dövrününbaşlanması ərəfəsində "Sarı Şəmistan burada olsaydı, sevinərdi” ifadələri yeralır. Sarı Şəmistan həm cəbhədə vuruşmağı, həm təsərrüfatla məşğul olmağı, həmdə partiya quruculuğunu unutmayaraq, hər üç vəzifəni eyni anda görürdü.

Sovettarixini yada salsaq, o dövrün ən qızğın mərhələsi 1917-20-ci illərə təsadüfedir. Həmin ərəfədə Mircəfər Bağırov silah gücünə yox, söz gücünə inanırdı.Məhz inqilabçıların başçılarını söhbətə çağıraraq və onlarla danışaraqproblemlərin həllinə nail olmağa çalışırdı. Beləcə o, inqilabçıları inandırıbAzərbaycan Kommunist (bolşeviklər) Partiyasına keçirir. 23 yaşlı Sarı Şəmistanda onlardan biri idi. O, bu partiyaya öz istəyi, öz ideyası ilə şüurlu şəkildədaxil olmuşdu. Şəmistanın ideyasını üstün tutaraq partiya sıralarına daxilolması gələcəkdə haqsızlığı həzm edə bilməyən biri olduğuna görə onu daha böyükçətinliklərlə üz-üzə qoyacaqdı. Hətta onun ölümünə də səbəb olacaqdı. Burdanbelə qənətə gəlmək olar ki, Mircəfər Bağırovun əqidə dəyişikliyi də SarıŞəmistanın ölüm hökmünü imzaladığı vaxtdan başlayıb. Yanlış deyirəmsə, tarixməni bağışlasın.

SarıŞəmistanın uzaqgörənliyi hadisələri dəqiq araşdırmağa və haqlı-haqsızkateqaoriyalarını asanlıqla ayırd etməyə imkan verirdi. Məhz buna görə dəinsanların böyük rəğbətini qazanıb.

Əksərvaxtlarda insan əqidəsini dəyişmədikcə düşmənlərinin sayı çoxalar. Məhz SarıŞəmistana qarşı Xalq Komissarları Şurası tərəfindən edilən təqiblər də əbəsyerə deyildi. Şəmistanın adı gələndə qorxuya düşənlərdən bir çoxu məhz buşurada cəmlənmişdilər. Onun dəfələrlə cinayətlər törədən Bəbirov və Musayevsoyadlı şəxsləri ard-arda həbsə saldırması havadarları olan şura icraçılarınınarahat edirdi. Onu davamlı təqib edir, gözdən salmaq üçün fürsət axtarırdılar.Onlar ilkin mərhələdə çirkin əməllərinə nail oldular. Şəmistan Azərbaycan SSRİFövqəladə Komissiyası tərəfindən həbs edildi. Təbii ki, nə qədər onun haqqındasübut axtarsalar da, tapılmadı və o, 3 aylıq həbsdən sonra azad olundu. AncaqSarı "şübhəli ünsür” kimi partiyadan uzaqlaşdırıldı. Hər şey bununla bitmədi.Təqiblər davam edirdi...

Dostları

Tarixisənədlərdə Şəmistan haqqında dürüst fikirləri yer alan Ağa Sultanov və ƏhmədNadirşini onun dostları hesab etmək olar. Əslində Sarının dostları çox idi,fəhlə-kəndçi sinfi bu insana yüksək dəyər verirdi. Lakin gücün kağız üzərindəvə "ziyalı təfəkkürü”ndə olduğu dövrdə onların bir önəmi yox idi. Heç şübhəsiz,xalqın sevgisi Şəmistanı ayaqda saxlayan prinsiplərini formalaşdırmışdı.

AğaSultanovun dedikləri: "Mən onu şəxsən 1920-ci ildən ən təmiz və yaxşı kommunistkimi tanıyıram, onun işlədiyi bütün partiya təşkilatları bunu təsdiq edəbilərlər”.

ƏhmədNadirşin: "... necə olsa da yoldaş Əyyubov (məsul partiya yodlaşlarınınsöhbətlərinə görə) vəziyyətin ağır anlarında inqilabda daha fəal iştirak edib”.

AğaSultanovun iki yazılı müraciətindən və Əhməd Nadirşinin Zaqafqaziya MərkəziNəzarət Komissiyasına verdiyi düzgün ifadələrdən və nəhayət Əyyubovun işinindaha obyektiv araşdırılmasından sonra onun haqsız yerə tutulduğu məlum olur vəpartiya fəaliyyəti bərpa edilir.

Şəmistanınağır günləri bununla bitmirdi. Onu qarşıda böyük faciə gözləyirdi.

1921-ciildə Göyçay qəzasına ezam olunan Sarı burada böyük cinayətkar qrupla rastlaşır.Mübarizə aparır. O, Ağdam, Şuşa, Nuxa (Şəki), Göçay və Şəmaxıda bır çox quldurdəstələrini zərərsizləşdirir, Əyriçubuğun quldur dəstələrinin məhv edilməsinitəşkil edir.

1934-cüildə insanları böyük narahatçılıq bürümüşdü. Repressiya dövrü yaxınlaşırdı.1937-38-ci illərin faciələri hazırlanırdı. Sarı Şəmistanın artıq heç bir ümidiqalmamışdı. O, güllələnməyi gözləyirdi. Qaranlıq zirzəminin küncündə oturmuşbir adam üçün ölüm kürsüsünə gedən yol 35-ci ilin noyabrından açılmışdı.Mircəfər Bağırovun və Şahverdiyevin imzası ilə bircə qondarma sənədin yarandığıgündən...

SSRİ AliMəhkəməsinin hərbi kollegiyasının səyyar sessiyası onu əksinqilabçı-trotskiçivə millətçi elan edib, güllələnməyə məhkum edir. 1937-ci il yanvarın 5-dən 6-akeçən gecə Şəmistan Əyyubovu güllələyirlər. Güllələndikdən sonra Pəri xanımAbdulla qızı Əyyubova (Vəkilova) (Səməd Vurğunun qohumlarındandır) "vətənxaini"nin həyat yoldaşı kimi cəzasını İslah Əmək Düşərgəsində çəkməkləSSRİ XDİK-nin 1938-ci il 9 aprel tarixli qərarı ilə 8 il müddətində azadlıqdanməhrum edilir.

Dörduşaq anası Pəri xanım Mordoviyaya sürgün olunur. Böyük oğlu 15 yaşlı Mahmudhəbs edilərək Bayıl həbsxanasına salınır. 11 yaşlı İsmayıl, 14 yaşlı Gülzar və13 yaşlı Ədiləni isə Şüvəlandakı "bezprizorniklər" saxlanankoloniyaya göndərirlər.

****

Buməqamda tədqiqatçı Şəmistan Nəzirlinin üzə çıxardığı bir məktubu da sizlərətəqdim edək. Məktubu Pəri хanım 1954-cü ildə Səməd Vurğuna Gəncədən yazıb:

"ƏzizSəməd! Əvvəla, məndən və İsmayıldan böyük salamlar. Əzizim, mən хəstəyəm, gözхəstəsi olmaq çoх pisdir. Bir gözüm tamam kor olub, heç bir müalicənin хeyriyoхdur. Neyləmək olar, görünür, qismətim belə imiş. Allah sənə can sağlığıversin, əgər sənin köməyin olmasaydı, çoхdan bu dünyadan getmişdim. Səməd, elədüşünmə ki, mən sənə müraciət edərkən mənəvi ağrı hiss etmirəm. Mən çoх məğruradamam, lakin qismətin acılığı məni sənə müraciət etməyə məcbur edir. Bununmüqabilində mən gecə-gündüz Allahdan sənə sağlamlıq diləyirəm. Eybi yoхdur,mənim iztirablarımın sona yetməsinə az qalıb. İsmayıl artıq Kənd Təsərrüfatıİnsititutunda təhsilini başa vurmaq üzrədir. Bəlkə, bir az onda vəziyyətimizdüzəldi. Sən elə bilmə ki, mənə sənə müraciət etmək asan gəlir. Gözümün yaşınısaхlaya bilmirəm, lakin çıхılmaz vəziyyətdəyəm. İsmayıl cəmi 320 manat pulalır, iki nəfərik. O, indi işləyə bilmir, səhər saat doquzdan aхşam saat beşə,bəzən yeddiyə kimi dərsdə olur. Ona görə də хahiş edirəm ki, söz verdiyin kimibizə kömək edəsən. Qışdır, soyuqdur, aclıqdır, çoх çətindir. Hələ bütünbunlardan əlavə İsmayılın geyimi yoхdur, təkcə bir köynəyin içində qalıb. Buvəziyyətdə dərsə gedir, ətrafdakıların ona necə münasibət göstərdikləri, ona nəgözlə baхdıqları sənə aydındır. Bir daha üzr istəyirəm, yoхluq məni səninarahat etməyə məcbur edir.

Ümidedirəm ki, bu ağır vəziyyətimdə sən məni darda qoymayacaqsan. Nə qədər mümkünedərsənsə, artıq bir neçə gecədir ki, acıq.

Səninbədbəхt Pəriхanım bacın (Vəkilova)

Ünvanım:Gəncə şəhəri, ev 31

Eyyubovİsmayıl”

****

Tarixinbütün dövlərlərində aşağı təbəqə hər zaman ağzı "qıfıllı” olub. Sovet dövrünün50-ci illərinə qədər məhz bu cür haqsızlıqlara məcburi susqunluq vardı. 1956-cıildən etibarən xalqın əhvalı yaxşılaşmışdı, inanlar artıq sərbəst şəkildəsiyasi söhbətlər etməyə başlamışdı. Çünki həmin ilin fevralında SSRİ AliMəhkəməsinin Ali Kollegiyası Əyyubov Şəmistan Mahmud oğlunun işinə yenidənbaxmış, hərbi kollegiyanın Əyyubov haqqında 1938-ci il 5 yanvar tarixli hökmüləğv edilmişdi. Ancaq gec idi, çox gec...

RüfətSoltan