adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Iyun 2018 13:08
12075
İDMAN

SAQQAL MESSİYƏ DÜŞMƏDİ

Arda Turanın başına lent bağladığı uzun saçlı dövrü yadınıza düşür?«Real»da qan eləyirdi. Dünyanın ən məşhur və ən bahalı futbolçuları siyahısındaydı. Birgün sayın Ərdoğan getmişdi Madridə, Arda ilə görüşəndə dedi ki, Madriddə bir dəlləkxana yoxdu, bunə saçdı saxlayırsan? Səhərisi günü Arda getdi dəlləkxanaya, saçını-başınıqırxdırdı və saqqal buraxdı. Elə o gündən də ulduzu söndü, getdi «Barselona»da«zapas»da oturdu, orda da gördülər oynayabilmir, qovdular. İndi gəlib Türkiyədə hansısa komandadasa top qovalayır.

Messi də məsum birgəncə oxşayırdı, şokolad kimi bir oğlanıydı. Qorxdu göz dəyə, ya nə, bəlkə də Argentinanınprezidenti nəsə dedi, o da saqqal buraxdı və bu saqqaldan sonra da yavaş-yavaş- pendir-lavaş.

Həyatdakumirim olan dörd futbolçu var: Pele, Maradona, Bloxin və indi də Messi. Türklər demiş, çox sevərəm kəndisini. Xorvatiyaya uduzandan sonra göz yaşları saqqalına süzüləndə mən də göz yaşlarımı saxlaya bilmədim.

Getsaqqalını qırxdır, dostum. Saqqal hər adamadüşmür.