Sankt-Peterburqda partlayış, xəsarət alan var
Rusiyanın Sankt-Peterburq şəhərində baş vermiş partlayış nəticəsində bir nəfər xəsarət alıb.
Adalet.az-ın APA-ya istinadən xəbərinə əsasən, partlayış Vasilyev adasındakı Çernışevski adına kitabxananın qarşısında baş verib.
Məlumata görə, partlayıcı qurğu 14-15 yaşlı yeniyetmənin əlində partlayıb. Partlayış nəticəsində əlsiz qalan gənc təcili xəstəxanaya çatdırılıb.
Şahidlərin sözlərinə görə, yeniyetmənin kitabxananın yaxınlığında yerdən götürdüyü əşya onun əlində partlayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır.