Sankt-Peterburqda Naxçıvanskiyə abidə qoyulacaq
Sankt-Peterburqda Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, II Nikolayın general-adyutantı olmuş Hüseyn xan Naxçıvanskiyə abidə qoyulacaq.
Trend "Fontanka.ru” saytına istinadən xəbər verir ki, böyük sərkərdəyə abidə şəhərin Petroqrad tərəfində, Malaya Posadskaya və Miçurin küçələrinin kəsişməsində qoyulacaq. Bu layihə Şəhər Şurasının bədii seksiyası tərəfindən bəyənilib.
Layihə sərkərdəyə qranit postament üzərində (hündürlüyü 2,75 metr) 2,5 metr hündürlüyündə tunc fiqurun qoyulması, habelə bütün meydançanın təşkilini nəzərdə tutur. Heykəltəraş Boris Petrov və memar Gennadi Peyçevin ərsəyə gətirəcəyi abidənin hazırlanmasına bir ilə yaxın vaxt sərf olunacaq.
Hüseyn xan Naxçıvanski rus-yapon müharibəsində 2-ci Dağıstan süvari alayına, habelə Birinci Dünya müharibəsində süvari korpusuna komandirlik edib. O, rus imperator ordusunun tarixində yeganə müsəlman general-adyutant olub. Hüseyn xan Naxçıvanski 15 Rusiya və 9 xarici dövlət mükafatı, o cümlədən III və IV dərəcəli "Müqəddəs Georgi” döyüş ordenləri və "İgidliyə görə” Qızıl silahın kavaleridir.
General-adyutantın 1919-cu ilin yanvarında bolşeviklər tərəfindən güllələndiyi ehtimal edilir.
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

