Samuxda evə basqın edib pul oğurladılar
Noyabr 22-də saat 03 radələrində Samux rayonu sakini Azadə Məmmədovanın evinə pəncərədən iki naməlum şəxs girmişdi.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, həmin şəxslər A.Məmmədovanın anası Bəyazın ağzını yapışqanlı lentlə bağlayaraq oradan 500 manat götürüb hadisə yerini tərk etmişdir.
Baş Cinayət-Axtarış İdarəsi, Samux RPŞ, Xəzər RPİ və Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətmiş Gədəbəy rayon sakini Buta Abdullayev, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Orxan Əlizadə, Anar Rəhimov və Mehman Qarayev tutulmuşlar.
Digər Xəbərlər
06 May 2024 11:54
6.5 milyon manatlıq 150 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
06 May 2024 10:21Cinayətdə şübhəli bilinən 105 nəfər saxlanıldı
06 May 2024 09:49İcarəyə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər TUTULDULAR
04 May 2024 20:37Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 13:58