Samur-Abşeron kanalında tank və top mərmiləri tapıldı - VİDEO

Samur-Abşeron kanalında tank və top mərmiləri tapılıb.
Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən keçən hissəsində sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu hadisə yerinə cəlb edilib.
Pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 125 mm-lik BK-14 tank mərmisi və 1 ədəd 122 mm-lik OF-56 top mərmisi olduğu (tərkibində partlayıcı maddə olmayan) müəyyən edilib.
Mərmilər pirotexniklər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Digər Xəbərlər
27 Oktyabr 2025 09:11 "Ölüm var, Allah rəhmət eləsin, dahilər də ölür" - Qəza törədən "Range Rover" sürücüsü - VİDEO
27 Oktyabr 2025 08:48 Dağlıq ərazidə köməksiz qalan şəxs xilas edildi - VİDEO
27 Oktyabr 2025 08:41 Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 İL ÖTÜR
25 Oktyabr 2025 12:13 

Bakı -°C 










